Hər zaman müştərilərinin tələblərini nəzərə alan “Nar”, “CavanNar” tarifi üçün təkliflərini daha da artırıb. Belə ki, artıq “CavanNar” abunəçilərinə əlavə internet paketləri sifariş etmək imkanı verir. Istifadəçilər tələblərinə uyğun olaraq 500 MB və ya 1GB əldə edə bilərlər.
Əlavə internet paketlərini aktivləşdirmək üçün müvafiq olaraq *777#2#YES (500MB) və *777#4#YES (1GB) kodlarını yığmaq lazımdır. Eyni əməliyyatı daha asan və qısa zamanda həyata keçirmək üçün yeni istifadəyə verilmiş “Nar+” mobil tətbiqindən də yararlanmaq mümkündür. Qeyd edək ki, əlavə internet paketlərindən aylıq abunə haqqını ödədikdən sonra istifadə etmək olar.
“CavanNar” paketləri haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.