Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
26" kafesi niyə bağlandı?
Nəzakət Məmmədova politoloq (bizimyol.info üçün)

Bakıda dünən "26" adlı kafenin bağlanması həmişə olduğu kimi cəmiyyətdə müxtəlif cür yanaşmalara müşahidə olunur. Təqdirəlayiqdir ki, əksər vətənpərvər insanlar bunu düzgün addım kimi qiymətləndirir. Cəmiyyəti düzgün yönləndirmək, insanların tarixi, mili heysiyyatina hörmətsizlik edən şəxslərə qarşı tədbir görmək dövlətin funksiyalarından biridir və bu, vaxtında atılmış düzgün addımdır. "26" komissar Azərbaycan tarixində mənfi rol oynamış siyasi təşkilatın rəhbərləridir. Sovet dövründə onlardan süni surətdə qəhrəman obrazı yaradılsa da, lakin tarix hər şeyi öz yerinə qoyur. Bu həmin komissarlardır ki, 1918-ci ilin mart ayında Bakıda, Qubada, Şamaxıda minlərlə türk-müsəlman əhalini "Daşnaksütyun" terror təşkilatının köməyi ilə soyqırıma məruz qoymuş, Azərbaycana köməyə gələn Osmanlı Ordusuna və onlarla birgə vuruşan milli orduya qarşı ölkə ərazisində silahlı müqavimət göstərmiş, Bakını imperialist qüvvələrə təslim etməyə çalışmışlar. Belə şəxslərin adının əbədiləşdirilməsi tariximizə qarşı hörmətsizlik, 1918-ci ildə və günü bu gün də torpaqlarımız uğrunda şəhid olan on minlərlə insana qarşı haqsızlıq, eyni zamanda cəmiyyətin heysiyyatina etinasızlıqdır. Almaniyada olarkən eşitdim ki, Münhendə Hitlerin 20-ci illərdə öz tərəfdarları ilə yığışdığı kafe olub. Maraq üçün onun harada olduğunu soruşdum və heç kəs qorxusundan onun yerini belə demək istəmirdi. Halbuki, Hitler bəzi almanlar üçün Almaniya üçün vuruşmuş şəxs olaraq qalır. Bəs, Bakının mərkəzində Azərbaycanı işğal etmiş, azərbaycanlıları qətlə yetirmiş olan "Daşnaksütyun"la eyni cəbhədə olan, quldur terrorçu Amazasın əliylə dinc əhalini soyqırıma məruz qoyan "26"ların xatirəsinin əbədiləşdirilməsi nə qədər düzgündür?! Tarixə hörmət, milli özünüdərk hissi tək tarix kitablarından oxunmur, həm də gündəlik həyatımızda qarşılaşdığımız, gorub-esitdiyimiz reallıqlardan qaynaqlanır. Ustəlik də, onlardan iki-üç nəfəri çıxmaq şərtilə əksəriyyəti başqa millətlərdən olublar. Tarixə hücum həm də mədəni ekspansiyadır və dövlətin mədəni təhlükəsizlik siyasətinə ziddir. Siz Yeravanin mərkəzində deyil, hətta Ermənistanın ucqar bir kəndində Osmanlı ordusunun, Azərbaycanın şərəfinə bir müəssisə təsəvvür edirsinizmi?! Belə çıxır ki, bu gün "26" varsa, sabah qondarma tarixi əks etdirən "24 aprel", "1915" və s.adlı müəssisələr fəaliyyət gostərməyə cəhd edə bilər. Çünki biz azərbaycanlılar üçün "26" və "1915" erməni tarixinin uydurduğu saxta qəhrəmanlardan və yalançı qurbanlardan başqa bir şey deyil! Elə həmin "26" nı 26 komissarların şərəfinə yox, "26/1071" adlandırsaydılar olmazdımı, 26 avqust 1071-ci ildə biz oğuz türklərinin böyük tarixi qələbəsi olan Malazgirt zəfəri şərəfinə?!

Son xəbərlər
Bütün xəbərlər »