Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Politoloq 11 sentyabr hadisələrinin sirr pərdəsini araladı – ABŞ-ın terror ssenarisi nəyə hesablanmışdı?
senttyabr 11

Düz 18 il öncə, səhər təxminən saat 8:50 – də ilk təyyarə ekiz qüllələr kimi bilinən Nyu – York Ticarət Binasının şimal qülləsinə çırpıldı. Daha sonra isə cənub qülləsinə hücum oldu. Yanğın alovlarını heç kim görmədi. Amma hər iki göydələn tüstülər içində çox qəribə bir şəkildə çökdü. Daha sonra Amerika Müdafiə Nazirliyinin binasına hücum təşkil olundu. Təyyarənin divara çırpıldığı an yaratdığı dəliklə təyyarənin öz diametri arasında çox ciddi fərqlər mövcud idi. Çox maraqlıdır ki, təyyarənin qalıqları tapılmadı.

Bu hadisə tarixə necə düşdü? Rəsmi məlumatlara görə, “Əl-Qaida” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb.

11 sentyabr hadisələrindən sonra ABŞ beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan etdi və dünyanın siyasi mənzərəsində köklü dəyişikliklər baş verdi. Hadisənin üstündən uzun illər keçdikdən sonra dünyada “bu hadisəni ABŞ özü törədərək, dünyaya güc göstərişində olmaq üçün bəhanə əldə etdi” şəklində fikirlərə haqq verməmək olmur.

11 sentyabrla bağlı politoloq Dr. Fuad Hilalovun Bizimyol.info -ya söylədiyi çox maraqlı fikirləri təqdim edirik.

“ 11 sentyabr klassik şəkildə təxribat idi, yəni reaksiya verilməsi gözlənilən bir addımın təhrik olunması idi, belə hadisələr nəinki Amerika tarixində, hətta dünya tarixində də kifayət qədərdir. 11 sentyabr hadisələrinin tarixdəki rolu digər hadisələrlə müqayisə olunmayacaq qədər böyükdür. Amerika bu hadisələrdən sui-istifadə edərək əvvəl Əfqanistanı, daha sonra isə olaylarla heç bir əlaqəsi olmayan İraqı işğal edərək parçaladı. Nəticədə sadəcə İraqda bir milyondan artıq insan qanına qəltan edildi, minlərlə qadın zorlandı və ölkə bu gün də paramparçadır. Yaxın Şərqdə bu gün yaşanan dəhşətli hadisələrin əsası belə demək mümkünsə elə 11 sentyabr hadisələrindən sonra atıldı.

Bundan sonra Vaşinqtonun xüsusi xidmət orqanları müttəfiqlərindən tutmuş rəqiblərinə kimi hamını dinləməyə başladı. Bu hadisələri əlində bayraq edən Vaşinqton, ölkə daxilində vətəndaşların hüquqlarına çox sərt məhdudiyyətlər qoydu. Nəticə etibari ilə, belə demək mümkünsə, hadisədən ən böyük mənfəəti Amerikaya bağlı oliqarxlar və bu dünyanın əsl “ağası” olan Amerika kökənli transmilli şirkətlər əldə etdilər.

Fuad Hilalov Fuad Hilalov

Tarixdə bu kimi siyasi oyunlar çox olub. 90-cı illərin sonunda, Rusiyanın o zamankı Prezidenti Yeltsin xəstə idi və özünə varis axtarırdı. Bu zaman heç kimin tanımadığı Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Vladimir Putin baş nazir postuna gətirildi. Bundan dərhal sonra Çeçenistanın səhra komandirləri Şamil Basayev və Xəttab niyəsə görə Dağıstana hücum etdilər. Elə həmin dövrdə Putin televiziyalarda çox sərt çıxışlar etdi, bunun ardınca Moskvada və Rusiyanın digər şəhərlərində sirrli bir şəkildə partlayışlar törədildi və həmin terror aksiyalarında çeçen terrorçularının əli olduğu qeyd olundu. Və nəticədə II Çeçen müharibəsi baş verdi, bölgə tamamilə Kremlə tabe edildi. 2000-ci ilin mart ayında isə Putin böyük üstünlüklə prezident seçildi.

Qayıdaq 11 sentyabr hadisəsinə. Hadisələrdən dərhal sonra tozun,tozanağın, tüstünün içində çox səliqəli bir şəkildə həmin terrorda günahlanırılacaq ərəblərin pasportları və “Qurani – Kərim” tapıldı. Həmçinin, elş həmin gün, o zamankı ABŞ prezidenti Corc Buş, hadisənin törədənlərin ərəb əsilli olduqlarını, “Əl Qaidə” üzv olduqlarını bildirdi. MKİ rəhbəri Tennet də hadisələri törədənlərin “Əl Qaidə” üzvü olduqlarını qeyd etdi. Sanki proseslər hər şeyin qabaqcadan planlaşdırılmışdı.

Məhz həmin gün ABŞ Müdafiə Nazirliyi təlimlər keçirirdi və təlimlərin ssenarisi təyyarə qaçırılması idi. Fikir vermisiniz ki, binalar çox qəribə və səliqəli bir şəkildə çökdü. Inşaatdan az – çox başı çıxan adamlar yəqin bilərlər ki, bu binaların çöküşü mühəndis söküntüsünə daha çox bənzəyir. Diqqətlə kadrlara baxdığımız zaman görürük ki, çöküş anlarında aşağı mərtəbələrdə müəyyən partlayışlar meydana gəlir. Qeyd etmək lazımdır ki, bu partlayış səslərini yanğınsöndürənlıər də eşidilib.

ABŞ- ın FEMA təşkilatı isə özlərinin 12 sentyabr 2001 – ci il tarixli press – relizlərində xilasedici qrupların artıq sentyabrın 10 – da Nyu – Yorka gəldiyini yazmışdılar. Bundan başqa, Nyu – Yorkun meri Juliani də eyni gün deyirdi ki, bir gün əvvəl xilasedicilərimiz artıq Nyu – Yorkda idilər və biz artıq onları yerləşdirmişdik. Belə çıxır ki, xilasedicilər bir gün əvvəldən artıq terror aktının olacağını bilirdilər? Daha sonra bir maraqlı məqam da, ayın 10 – da artıq Amerika Müdafiə Nazirliyinin nüfuzlu zabitləri özlərinin 11 sentyabrda olan bütün uçuşlarını təxirə salmışdılar. Bu məlumatı isə maraqlanan oxucularımız dünyaca nüfuzlu “Newsweek” jurnalının 23 sentyabr 2001 tarixli sayında oxuya bilərlər.

Terror aktından bir qədər əvvəl sentyabrın ilk günlərində birjalarda çox maraqlı tendensiyalar müşahidə olunub. Belə ki, 11 sentyabr olaylarını çox əsaslı bir şəkildə tədqiq etmiş amerikalı araşdırmaçı Viktor Fridmanın fikrincə, müəyyən qüvvələr sanki əvvəlcədən bilirdilər ki, bu hadisələr baş verəcək və müəyyən şirkətlərin aksiyalarının alqı- satqısı ilə bəzi insanlar 10-15 milyard dollara yaxın mənfəət əldə etdilər. Qüllələrin sahibi Larri Silverstain isə bu partlayışdan sonra sığortadan 5 milyard dollar gəlir əldə etdi.

Amerikada bu işi daha çox araşdıran, ortaya fərqli detalları çıxaran insanların aqibəti niyəsə faciəli şəkildə bitdiyini görürük. Mərkəzi Kəşfiyyat İdarəsinin mülki təyyarələrinin keçmiş pilotu Filipp Marşal yazırdı: “Bu haqda düşünün. Bir kabusun( Üsamə bin Laden) dünyanın digər ucunda yerləşən hansısa mağarada oturmaqla ABŞ ərazisindəki hərbi qurumlara qalib gəldiyini demək nə qədər ağlabatandır? ”

Çox qəribədir ki, Marşal ölümündən az əvvəl hökümət üzvlərinə qarşı əlində kompramatların olduğunu söyləmişdi. 2013 – cü ilin fevral ayında isə o, əvvəlcə yeniyetmə uşaqlarını, daha sonra itini qətlə yetirmiş, sonda isə intihar etmişdi.

Bu hadisələrin tədqiq edən insanların həyatlarının belə faciəvi sonluqla bitməsi barədə faktlar çoxdur.

Bəzi öz təsdiqini tapmamış fərziyyələrə görə, artıq 2001 – ci ildə Bin Laden həyatda yox idi. Bin Ladin uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Və bu hadisələrdən qısa bir müddət əvvəl o Dubayda Amerikan hospitalında müalicə almışdı. Onu orda ziyarətə gələnlər arasında – Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitləri olublar. Deyirlər ki, bin Laden 2001- ci ildə sağ olmayıb, amma dəqiq olan bir məqam var, o da bin Ladenin 2007 – ci ildə dünyada olmamasıdır.

Maraqlı məqamlardan biri də Bin Laden ailsəsinin Sədiyyə və Buş ailəsi ilə olmuş yaxın münasibətləridir. Bin Laden ailəsinin ABŞ-dakı sərmayələri ilə 1987-ci ildə yaradılmış Carlyle Group şirkəti məşğul olur. Bu şirkət Amerikanın hərbi sənaye sektorunda mühüm yerə malikdir və idarə heyətində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Frenk Karluççi, İngiltərənin keçmiş baş naziri Con Meycor və kiçik Corc Buşun atası, keçmiş prezident Corc Buşda təmsil olunmaqdadır. İraqın işğalından sonra ən böyük lahiyələrdə Carlyle Groupun iştirak etdiyini görürük.

Prezident Buşun hələ cavanlıq dövrlərində Ben Laden ailəsinin yaxından iştirakı ilə Harken Energy Corporation şirkətini yaratdığını və Ben Ladenin qardaşından küllü miqdarda borc pul aldığı ortaya çıxan həqiqətlər arasındadır. Çox qəribədir ki Corc Buş borcu qaytara bilmədikdə borclu olduğu Ben Ladenin qardaşı təyyarə ilə Amerika səmasında olduğu vaxt qəzaya uğradı. Bu hadisə Buşun atasının prezidentlik dövrünə təsadüf edir.

Usama Ben Ladenin guya daha sonra ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülmə hadisəsidi kifayət qədər qaranlıq bir sirr daracığı idi...

Yəni, bizim telekanallardakı bin Ladenlə real Bin Laden arasında fərqləri açıq bir şəkildə görmək mümkündür. 2 may 2011 – ci ildə Obamanın dövründə Pakistanın Allahabad əyalətində Bin Ladenin öldürülmə səhnələri yaşandı. Bir haşiyə çıxmaq istəyirəm həmin öldürülmə ssenarisinin yaşandığı anlarda Amerika rəhbərliyi bir otağa yığılıb əllərində qəhvə oturub bir insanın öldürülmə səhnəsinə baxırdılar. Fərqi yoxdur, bu Bin Ladendir və ya bin Laden deyil. Bu hər hansı bir insanın öldürülmş səhnəsinə əyləncə şousu kimi baxan insanların hökm etdiyi necə bir dünyada yaşadığımızı göstərir. Amma yenə də Bin Laden mifi ABŞ-a Əfqanıstana müdaxilə etmək üçün “əsas” verdi. Niyə Əfqanıstan? Əfqanıstan çox ciddi geosiyasi bir mövqedə yerləşir.

Eyni zamanda ABŞ Əfqanıstanda narkotrafikin önəmini də bilirdi. Sovetlər Birliyi dağılandan sonra ölkədəki mücahidlər narkotrafikin azaldılması ilə bağlı qərar qəbul etmişdi. Amma ABŞ, daha doğrusu, NATO - nun bu bölgəni işğal etməsindən sonra narkotik dövriyyəsi xeyli artdı. Daha sonra İraq işğal edildi. İraqın önəmi regionda geostrateji mövqeyi və neft ilə bir başa bağlı idi. Bu gün də həmin ərazidəki neft ehtiyatının transmilli neft şirkətlər tərəfindən istehsal edilməsi bunun bariz nümunəsidir”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
››› Dekabrın 9-na olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »