Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukraynada silah anbarında partlayışlar baş verib
yanginjpg (1)

Ukrayna Müdafiə Nazirliyinin Vinnitska vilayətinin Kalinovka şəhərində yerləşən silah anbarında partlayışlar baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, partlayış bu gün saat 11:30 radələrində qeydə alınıb. Partlamamış hərbi sursatların təkrar emal üçün saxlanıldığı ərazinin yaxınlığında tüstülənmə qeydə alınıb və bundan sonra ard-arda altı dəfə partlayış baş verib.

İlkin məlumata görə, 2 hektar ərazidə quru otun yanması səbəbindən partlayışların baş verdiyi bildirilir.

Partlayışlar nəticəsində xəsarət alan olmayıb. Hərbçilərin və yerli əhalinin həyatına hər hansı təhlükə yoxdur.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Kalinovkada 83 min ton döyüş sursatının, o cümlədən “Smerç”, “Uraqan” və “Qrad” raketlərinin saxlanıldığı anbarda yanğın baş verib

Paylaş »
››› DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
››› Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - Foto
››› General deputatlığa namizədliyini irəli sürdü
››› 40 yaşından sonra uğur qazanacaq 5 bürc
››› Yeni metrostansiyanın açılış tarixi bilindi
Son xəbərlər
Bütün xəbərlər »