Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ömrünün 20 ilini azərbaycanlılara həsr etmiş britaniyalı: "Azərbaycan mənim evimdir" - Foto - Video

Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərən xarici bir təşkilat var- UAFA. 20 il ərzində bu təşkilat sehirli pəri kimi düz 14 000 min ailəyə sevinc bəxş edib. Bu ailələrdə yaşayan fiziki məhdudiyyətli uşaqları cəmiyyətə qazandırıb, onlara yeni bir ömür bəxş edib.

Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) “Uşaqlar, xüsusən də əlilliyi olan uşaqlar, sağlamlıq və təhsil məsələlərinə diqqət yetirməklə Azərbaycanda Sosial Həyatın uzunmüddətli inkişafına kömək” missiyası ilə 1998-ci ildə təsis edilib. Birləşmiş Krallıqda qeydiyyatdan keçməsinə baxmayaraq UAFA yalnız Azərbaycanda yerli QHT kimi fəaliyyət göstərir.1998-ci ildən bəri UAFA həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində tanınmış bir QHT-ə çevrilib.

“Biz nikbinliyi, inamın fəaliyyət yolu ilə formalaşdırılmasını dəstəkləyir, yalnız nikbin düşüncə, hərəkət və sözlərlə mürəkkəb bir mühitdə nəyisə dəyişə biləcəyimizə inanırıq” Bu təşkilatın yaşam şüarıdır. UAFA-nın təsisçisi Qven Borçell Britaniya İmperiyasının Ordeni Kavaleridir.

25 sentyabr 1972-ci ildə Birləşmiş Krallıqda anadan olub. 16 yaşında bir oğlu var

Qven Borçell 1994-cü ildə Kent Universitetində Təhsilin İdarə Olunması ixtisası üzrə bakalavr ,2009-cu ildə London İqtisadiyyat Universitetində Sosial Siyasət və Planlama üzrə magistr dərəcəsi alıb. Azərbaycan ilə bağlı ailə tarixçəsi atası Maykl Börçellin 1992-ci ildə Azərbaycana gəlii və SOCAR-ın Neft və Qaz layihələrində işləməsi ilə başlayıb.

Sosial investisiya üçün təxminən 5 milyon dollar vəsaiti və könüllü dəstəyi, oyuncaq və avadanlıqlar, mütəxəssis köməyi və s. kimi çox və daha böyük həcmli ianəni şəxsən toplamyıb, Azərbaycanda minlərlə əlilliyi olan və aztəminatlı uşaq və ailəyə birbaşa yardım göstərib.

Bizimyol.info bu gözəl ürəkli xanımla müsahibəni təqdim edir.

Qven Borçell - İlhamə rəsulova

- Qven xanım, artıq 20 ilir bizimləsiniz.Bu illəri necə dəyərləndirərdiniz?

- Bu illər ərzində biz uşaqlarla düzgün işləməyi öyrədən çoxlu sayda kadr yetirmişik. Peşəkar komanda formalaşdırmışıq və bu Azərbaycan üçün resursdur. Biz 40-dan çox mütəxəssis hazırlamışıq və bu yenə davam edəcək. Biz qazanılmış bilikləri regionlara da tətbiq etdik və artıq regionlarda da bizim mütəxəssislərimizin bilgilərindən bəhrələnirlər.

- Bildiyimə görə, UAFA nəzdində yeni bir kurs fəaliyyətə başlayıb. Bu barədə məlumat vermənizi istərdik.

- Biz bu kursu ona görə yaratdıq ki, artıq 20 illik təcrübəmiz var və yeni nəsil kadrlar yetrimək lazımdır. Gördük ki, Azərbaycada beynəlxalq standartlara uyğun təlimlər keçirilimir. Belə

kurslardan keçmək istəyən insanlar Avropaya, Kanadaya üz tutmağa üstünlük verirdilər və gedib öyrəndikdən sonra Azərbaycana qayıtmırlar. Buna görə biz düşündük ki, Corc taun Univesitetinin yardımından istifadə edərək ölkəmizdə belə kurs yaradaq.

- Corc taun əməkdaşları burda təlim keçirlər. Bəs verilən sertifikatdan xaricdə istifadə etmək olacaq?

- Yox. Bu kursun əsas məqsədi peşəkarların Azərbaycanda qalıb öz biliklərini tətbiq etmələridir. Bu kurslara uşaqların təlim tərbiyəsi sahəsində fəaliyyət göstərən (məktəblərdə bağçalarda, reablitasiya mərkəzləridə işləyənlər) istənilən şəxs qoşula bilər. Əksər hallarda məktəbdə dəcəl uşaqları pis uşaq deyə damğalayırlar. Biz yeni nəsil peşəkarlar yetitşdirik, hər bir uşağa fərdi yanaşma tətbiq edəməklə belə uşaqlara yüksək səviyyədə təlim tərbiyə və təhsil verməyi öyrədirik.Hər bir insan qiymətlidir və cəmiyyətdən kənarda qalmamalıdır.

- Qven xanım, UAFA fiziki məhdudiyyəti olan uşaqlara çox böyük qayğı ilə yanaşır. Mən serebral iflic diaqnozu qoyulan uşaqların sizin reablitasiya mərkəzlərindən bəhrələnərək Avropa və Dünya çempionları olması faktlarını bilirəm. Necə düşünürsünüz, yalnız sevgi ilə istənilən xəstəliyə qalib gəlmək olarmı?

- Sevgi və qayğı bizim işimizin bir hissəsidir. İkinci hissə peşəkar yanaşmadır. Bu ikisi mütləq şəkildə birlikdə olmalıdır. Deyək ki, siz bir xəstə insanı çox sevirsiniz. Lakin onun xəstəliyinə lazımı dərmanları tətbiq etmədən onu sağaltmaq mümkün deyil. Bizim yetişdirdiyimiz mütəxəssislər məhz bunu öyrənirlər. Hər gün yenilənən dünyada bizim də bilik və bacarıqlarımız yenilənməlidir. 40 il öncə tətbiq edilən metodlar bu gün artıq işə yaramır.

Qven Borçell

- Oğlunuz Azərbaycanda təhsil alıb. Azərbaycanda təhsil sistemi ilə bağlı fikriniz necədir?

- Azərbaycanda məktəblərdə təhsil müəllimə yönəlib. Burda şagirdlərin özlərinin fikir yürütməsi yaradıcı ideyalar verməsinə şərait yaradılmır.Şagirdlər müzakirələrdə iştirak etməli, fikir bildirməlidirlər. Halbuki müasir dünyada yeni ideyalar verməyi bilən gənclərə üstünlük verilir. Avropada təhsil uşağa yönəlmiş təhsil sistemidir. Bizim yaratdığımız  ched.az  kursunQməqsədi də məhz uşağa yönəlmiş təhsil sistemini tətbiq etməkdir.Bizim yetirmələrimiz həftədə iki dəfə, 4 saat məşğul olmaqla 12 həftə ərzində bu biliklərə yiyələnəcəklər. Sonda Corc Taun Universitetinin əməkdaşları qiymətləndirmə aparıb sertifikat verəcək.

- Azərbaycanda yaşamaq necə bir duyğudur?

- Bu suala cavab vermək çətin olacaq. Bura artıq mənim evimdir.Mən burda gördüyüm işi vacib iş hesab edirəm və bu məni motivasiya edir.

- Azərbaycanda fəaliyyətinizi davam etdirmək niyyətiniz varmı?

- Nə qədər ki bizim maliyyə imkanlarımız olacaq biz öz missiyamzı davam etdirəcəyik.İnkişafın sonu yoxdur və ona hər zaman ehtiyac var. Düşünürəm ki burda bizim işimizə ehtiyac var.

Söhbət etdi: İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »