Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yaquarla timsahın ölüm-dirim mübarizəsi - Video
Yaquar

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərinin sakini timsahla yaquarın ölüm-dirim mübarizəsinin şahidi olub.

“Daily Mail” nəşri videoçarxı yayımlayıb.

58 yaşlı fotoqraf Kevin Duli Pantanal qoruğu yaxınlığındakı çayda qayıqla üzəndə budaqda oturan və sudakı şikarı müşahidə edən yaquarı görür. Duli fotokamerasını çıxararaq yırtıcını lentə alır. Fotoqraf iddia edir ki, vəhşi yaquar bir saat pusquda sakit oturub.

Nəticədə, fotoqraf yaquarın üç metrlik məsafədən tullanmasını və 10 dəqiqəlik ölüm-dirim mübarizəsini lentə ala bilib.

“Yaquar suya tullandı və timsahla mübarizəyə başladı. Nəticədə, onu öldürdü”, - deyə Duli bildirib.

Timsah hərəkətsiz qaldıqdan sonra isə yaquar şikarının öldüyünü dəqiqləşdirmək üçün onun boğazını dişləyib.

Paylaş »
››› Ali təhsil almaqdan imtina edən 350 tələbə...
››› Türkiyənin məşhur aktyoru çəkiləcəyi serialın hər bölümünə görə 57 min dollar alacaq
››› Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"
››› Səudiyyənin neft sənayesini çökdürən hücum: ABŞ İranı günahlandırdı
››› İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir?
Son xəbərlər
Bütün xəbərlər »