Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa məhkəməsi qadınla yataqda ölən kişinin ölüm faktını iş qəzası kimi dəyərləndirdi

Fransanın paytaxtı Parisdə Ali Məhkəmənin çıxardığı qərar dünya mediasının gündəmini zəbt edib.

Bizimyol.info xəbər verir ki, bir təzminat davasında sevişərkən ölmək iş qəzası hesab edilib.

Belə ki, Haviyer Pfayper Meung-sur-Loire şəhərində ezamiyyətdə olarkən sevdiyi qadınla görüşüb və onunla yataqda olarkən ürək tutmasından ölüb. Ailəsinin açdığı iş qəzası davasını Fransa Ali Məhkəməsi haqlı hesab edib. Məhkəmə cinsi əlaqənin də yemək və içmək kimi təbii ehtiyac olduğunu əsas gətirərək, Pfayferin ölümünü iş qəzası kimi dəyərləndirib. Şirkətdən ölən şəxsə görə ailəsinə təzminat verilməsi iddiası təmin olunub.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »