Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Moskva Con Boltonun vəzifədən kənarlaşdırılmasına münasibət bildirib
Sergey Ryabkov-0-0000

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vəzifəsindən azad olunmasına münasibət bildirib.

TASS xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rəsmi Moskva C. Boltonun azad olunmasından sonra ABŞ-la münasibətlərin yaxşılaşması barədə illüziyalara qapılmır.

Onun sözlərinə görə, müxtəlif səviyyələrdə bir çox vəzifələr ABŞ hakimiyyətində əvvəlki kimi boş qalıb və Moskva buna alışıb.

“Məsələ kimin Vaşinqtonda nə işlə məşğul olmasında deyil, məsələ münasibətlərin normallaşması və yaxşılaşması baxımından bunun nə dərəcədə effektiv olmasındadır. Hələlik təəssüf ki, davam edən kadr dəyişikliyi fonunda biz hər hansı sabitləşmənin baş vermədiyini müşahidə edirik. Ona görə də baş verənlərlə bağlı illüziyalara qapılmırıq. Biz yalnız ABŞ xarici siyasətində, xüsusi olaraq Rusiya ilə bağlı nələrin dəyişə biləcəyini qiymətləndirəcəyik”, - deyə S. Ryabkov vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.(apa)

Paylaş »
››› Ali təhsil almaqdan imtina edən 350 tələbə...
››› Türkiyənin məşhur aktyoru çəkiləcəyi serialın hər bölümünə görə 57 min dollar alacaq
››› Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"
››› Səudiyyənin neft sənayesini çökdürən hücum: ABŞ İranı günahlandırdı
››› İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir?
Son xəbərlər
Bütün xəbərlər »