Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Paylaş »
››› Ali təhsil almaqdan imtina edən 350 tələbə...
››› Türkiyənin məşhur aktyoru çəkiləcəyi serialın hər bölümünə görə 57 min dollar alacaq
››› Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"
››› Səudiyyənin neft sənayesini çökdürən hücum: ABŞ İranı günahlandırdı
››› İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir?
Son xəbərlər
Bütün xəbərlər »