Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil alverçisi olan 2 qardaş müştəri tərəfindən bıçaqlanıb - Foto

Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislərlər xəstəxanaya çatdırıb.

Maşın almaq istəyən müştəri tərəfindən bıçaqlanan Etibar Tahirovun qardaşı, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu da 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib.

Məlum olub ki, müştəri əvvəlcə Cavid Tahirovu, sonra isə Etibar Tahirovu bıçaqlayıb.

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralı Etibar Tahirovu 1 saylı şəhər xəstəxanasına çatdırıb.

Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri E.Tahirovun mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.

Cavid Tahirov yaxınları tərəfindən evə aprılsa da, vəziyyəti ağır olduğundan xəstəxənaya gətirilib.

Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.(apa)

Tahirov Etibar Təşkilat - bıçaqlanma

Son xəbərlər
Bütün xəbərlər »