Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda mitinqlərin keçirildiyi stadion təmirə bağlanır - Video

Bakı şəhəri, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanır.

Bu barədə Bizimyol.info-ya sakinlər bildirib.

Yerli icra hakimiyyətindən verilən məlumata görə, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb.

Yasamal sakini Yasəmən Əliyeva bildirib ki, stadion bu ərazidə yaşayan sakinlərin istirahət yeridir: "Həm uşaqların, həm də yaşlıların asudə vaxtının keçirdiyi yerdir. Ümid edirəm ki, burada təmir işləri tezliklə yekunlaşacaq və sakinlərin ixtiyarına veriləcək".

Qeyd edək ki, icra hakimiyyətindən verilən məlumaat görə, stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədi ilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanılıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »