Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın iki körpəni doğum evinin pəncərəsindən atıb

Özbəkistanın şərqində yerləşən Nəməngan vilayətində yerləşən doğum evində qadın öz körpəsini və başqa bir körpəni pəncərədən atıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bununla bağlı Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Doğum evinin həyətində ağır xəsarətlər alan iki yeni doğulmuş körpə tapılıb. Körpələr reanimasiyaya yerləşdirilib. Tibbi yardımın göstərilməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq müəyyən edilib ki, pasientlərdən birinin qız övladı ayağında qüsurla doğulub və o, övladından xilas olmaq üçün bu cinayəti törədib. Qadın doğum evinin ikinci mərtəbəsindən öz övladı ilə birgə, onun palatasında olan başqa bir körpəni də aşağı atıb.

Faktla bağlı prokurorluqda iki maddə ilə cinayət işi başlanılıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »