Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir və nə zaman icra olunur?

"Nə qədər arıqlasam da qarnım olduğu kimi qalır" şikayətini tez-tez eşidirik. Elə müşahidə də edəndə görürük ki, əksəriyyət iri, piyli qarından əziyyət çəkir.

Bizimyol.info qarın gərmə əməliyyatı haqqında məlumat verir.

Günlərlə ac qalmaq, pəhriz saxlayıb idman etməklə qarındakı artıq piylərdən azad ola bilməyən insanlar abdominoplastika əməliyyatına üz tutur.

Bu əməliyyat pəhriz, idmanla qarın piylərindən azad ola bilməyən, istədiyi düz, gərilmiş qarına, incə belə sahib olmaq istəyən sağlam insanlar üçündür. Daha çox hamiləlik sonrası və ya çox arıqladıqdan sonra qarnında yaranan sallaqlardan azad olmaq istəyənlər üçün uyğundur. Təxminən 2 saat davam edən əməliyyatla qarın divarlarındakı artıq yağ və dəri kəsilərək götürülür.

Qadınlar bu əməliyyata daha çox maraq göstərdiyinə görə abdominoplastika dedikdə ağıla qadınlar gəlir. Qarın nahiyəsindəki artıq piylərdən isə həm qadınlar, həm də kişilər əziyyət çəkir.

Mövcud olan piylənmə və dəri genişlənməsinə uyğun olaraq klassik abdominoplastika, mini abdominoplastika və marriage abdominoplastika icra olunur.

Kalssik abdominoplastika qarın divarında hədsiz piylənmə nəticəsində toplanmış piy kütləsini götürmək və qarın dərisi elastikliyini itirdiyi halda icra olunur. Mini abdominoplastika isə əsasən qarın divarında orta miqdarda toplanmış piy kütləsini götürmək üçün və qarnın aşağı hissəsi elastikliyini itirdiyi halda icra olunur. Marriage abdominoplastika mini abdominoplastikada olduğu kimi əsasən qarın divarında toplanmış orta miqdarda piy kütləsini götürmək üçün və qarının aşağı hissəsi elastikliyini itirdiyi vəziyyətdə, eyni zamanda da bel nahiyəsindəki piylənmədən əziyyət çəkilən zaman icra olunur.

Onu qeyd edək ki, abdominolastika əməliyyatı etdirməyi düşünən hər bir şəxs bilməlidir ki, bu əməliyyat piylənməni müalicə etmir. Qarını gərmək, forma vermək üçün etdirilir. Əməliyytdan öncə götürüləcək toxuma hissələri markerlə işarələnir və əməliyyat etdirən şəxsin istəyi nəzərə alınır. Beləliklə əməliyyatdan sonra istədiyin ideal bədən quruluşuna sahib olmaq olur. Əməliyyatdan sonrakı mərhələdə bir ay mütəmadi karset geyinmək, sonrakı dörd ayda fasilə ilə karsetdən istifadə etmək vacibdir.

Əməliyyat qarını gərib forma verdiyinə görə hamilə qalmağı düşünən xanımlar bu əməliyyatdan çəkinməlidir. Çünki əməliyyatla qarına verilmiş forma hamiləlikdən sonra itəcəkdir.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »