Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır - Video

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçirilir.

Bizimyol.info-nun "Əjdərbəy" məscidində olan müxbiri xəbər verir ki, məclisdə xütbələr oxunur, İmam Hüseynin həyatı və şəxsiyyəti barədə danışılır.

İnsanlar məscidlərə gəlib dini ayinləri icra edir, qanvermə aksiyalarında iştirak edirlər.

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışır.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Bizimyol.info

 

Son xəbərlər
Bütün xəbərlər »