Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki uşaq anası qarağat ağacı ilə evləndi – Səbəb isə hamıya aiddir - Foto

Britaniya sakini Keyt Kanninqem qara qarağat (lat- Sambúcus nígra) ağacı ilə evlənib. Onun bu ideyasını doğmaları və sevgilisi dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, Keyt bu addımı ekoloji problemlərə, xüsusilə Liverpul şəhərində yerləşən Rimrouz Velli parkının problemlərinə diqqət çəkmək üçün atıb. Keytin atası toy mərasimi təşkil edib.Mərasimin aparıcısı isə məşhur aktyor Devi Edc olub. 34 yaşlı gəlin toy günü çiçək ornamentləri ilə bəzədilmiş gəlinlik və yaşıl ayaqqabı geyinib.

Keyt soyadını dəyişərək Elder yazdırıb. İngilis dilində bu Qarağat anlamına gəlir. Keyt və yaxınları bu aksiya ilə parkın sökülərək yerində yol salınmasının qarşısını almağa çalışırlar. “Bizim regionda ekoloji vəziyyət onsuz da gərgindir. Mən astma xəstəliyindən əziyyət çəkirəm. Anam eyni xəstəlik səbəbi ilə vəfat edib”,- deyə Keyt bildirib.

Qeyd edək ki, bu təbiəti qorumaq üçün atılan yeganə qəribə addım deyil.Ötən il meksikalı aktivist qadınlar ağacların kəsilməsinə etiraz əlaməti olaraq kütləvi şəkildə yaşıl ağaclarla evlənmişdilər.

İlhamə Rəsulova

Bizimyol.info

Ağacla evlənən qadın

Son xəbərlər
Bütün xəbərlər »