Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sami Yusuf və Təyyar Bayramovun ifasında səslənən bu möhtəşəm əsər izlənmə rekordları qırdı - Video

Cənubi Azərbaycandan olan və hazırda Londonda yaşayan məşhur müğənni Sami Yusifin öz Yotube kanalında yerləşdirdiyi “Sığamazam” adlı kompozisiya izlənmə rekordu qırıb. Videoçarx 16 saat ərzində 100 000-dən çox insan tərəfindən izlənilib.

Bizimyol.info xəbər verir ki, bu əsər iyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının təntənəli açılış mərasimində təqdim edilib. “Nəsimi ili” münasibəti ilə böyük mütəfəkkirin yaradıcılığından “Sığmazam” qəzəlinə üz tutmuş sənətkarları 57 nəfərdən ibarət orkestr və möhtəşəm vokalçılar müşayiət edib. Əsər Sami Yusuf, xanəndə Təyyar Bayramov, oğlu Kənan Bayramov və Aşıq Samirənin ifasında təqdim edilib.

Sami Yusif bu kompozisiya ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb:

“Bu kompozisiya yaradıcılığımda məxsusi yer tutacaq: Nəsiminin sonuncu sinqlını təqdim etməkdən məmnunam. Bu qəzəl qəlbimə çox yaxındır və inanıram ki, bu günə qədər səsləndirdiyim ən yaxşı əsərlərdən biridir. Şözlər 14-cü əsr Azərbaycan şairi və filosofu Nəsimiyə aiddir, onun sevgi və tolerantlıq mesajı bu gün Hindistan yarımadasından Əndəlüsə qədər olan ərazilərin hüdudlarından kənarda da səslənir”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »