Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın sabiq deputatı məşğulluq mərkəzinə üz tutdu: "İşsizəm"

Ukrayna Ali Radasının sabiq deputatı Nadejda Savçenko özünü "işsiz" adlandırıb.

"Bizimyol.info" rusiya KİV-nə istinadən xəbər verir ki, Nadejda "NewsOne" kanalına açıqlamasında məşğulluq idarəsinə getdiyini etiraf edib. O, hazırda rəsmi olaraq Ukraynanın işsiz vətəndaşı olduğunu bildirib: "Mən iş axtarıram. Düşünürəm ki, çoxları öz idarəsində Nadejda Savçenkonu görmək istəməyəcək. Elə bu səbəbdən mən özümə insanlarla daha az ünsiyyətdə olacağım, fiziki güc tələb edən iş axtarıram. Bunu mən könüldən istəyirəm".

Savçenko həmçinin pilotlar üçün nəzərdə tutulmuş tibbi komissiyanı keçməyə çalışdığını qeyd edib: "Kim cinayətkarı hərbi hissəyə qəbul edib ona təyyarə əmanət edər? Əsasən də, içində bomba olan təyyarəni..."

Savçenko həbsdə olduğu müddətdə sağlamlığının pozulduğunu əlavə edib.

Qeyd edək ki, iyulun 22-si parlament seçkilərində Nadejdaya yalnız 8 nəfər səs verib.

2016-cı ilin martında Nadejdaya Donbassda qətlə yetirilən rus jurnalistlər Anton Voloşin və İqor Kornelyuk cinayəti ilə əlaqəsi olduğu üçün 22 il həbs cəsası verilib. 2016-cı ilin may ayında isə Rusiya prezidenti Vladimir Putin onu əfv edərək Ukraynaya göndərib.

2018-ci ilin martında Savçenko Ukraynanın Parlament binasında terakt törətməkdə ittiham olunub. Hakimlər Savçenkonun işini 4 dəfə təxirə salıblar.

O, 2019-cu il, aprelin 15-də azadlığa buraxılıb.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »