Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bankdan kredit götürməyin. Faizlərdən qurtulmasanız, Allaha və Peyğəmbərimizə müharibə elan etmiş olacaqsınız"

Türkiyədə AKP-yə ən çox səs verən şəhərlərdən biri olan Rizenin əhalisi borc dənizində batır. Şəhər banklarından birinin önündə maraqlı reklam plakatları asılıb.

"Bizimyol.info" Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən reklam plakatlarında dini mövzulara toxunulub: "Bankdan kredit göturmə, ey İman edən. Faizdən qurtul. Qurtulmasan Allaha və Peyğəmbərinə qarşı müharibə elan etmiş olacaqsan". Lakin, bu plakatlarda heçbir idarənin imzası yoxdur.

Türkiyənin bank qurumundan (BDDK) məsələyə aydınlıq gətirilib: "Rizelilər faizlərin əlindən bezərək bu reklamları yaymağa başlayıb. Tebii haldır, çünki Rize Karadenizin ən böyük maddi böhranını yaşayan bölgəsidir".

Bildirilib ki, Rizedə adambaşı kredit borcu 18 min liranı keçib. Ödənilməyən borclar nəticəsində bu rəqəmin 13 dəfə çoxalması müşahidə olunub. Ümumilikdə, Rize əhalisinin banka 6 milyard 853 min lira borcu var. Ötən ildən etibarən Rizelilər borclarını ödəməkdə çətinlik çəkir. Buna səbəb isə 1 ildə borcun üzərinə faiz gəlməsidir. Beləliklə, bankdan götürülən məbləğ iki qatına gəlib çıxıb.

Qeyd edək ki, Rizenin iqtisadiyyatında böyük önəm daşıyan inşaat sektoru da bölgədəki böhranın qurbanına çevrilib.

Son xəbərlər
Bütün xəbərlər »