Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nikola Yurçeviç: "Bu gün Xorvatiya ilə oyunda xorvat yox, azərbaycanlıydım"
a25a6b767e3d653cfdcdf31551e7f888

"Uşaqların çıxışından qürur duyuram. Futbolçularım heyətində ulduz futbolçuların yer aldığı rəqibə qarşı çox gözəl oynadı. Bu gün mən xorvat yox, azərbaycanlı idim. Bu nəticəyə bir azərbaycanlı kimi çox sevindim. Biz əvvəlki oyunlarda da yaxşı oynamışdıq, amma xal qazana bilməmişdik".

Oxu.Az xəbər verir ki, bunu futbol millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya ilə 1:1 oynadıqları oyundan sonra deyib.

O bildirib ki, Xorvatiya ilə görüşdə çox yaxşı çıxış ediblər:

"Macarıstan və Slovakiyaya qarşı zəif oynamışdıq. Bunun səbəblərindən biri fiziki cəhətdən olan axsamalar idi. Bu, ən böyük əskikliyimiz idi. İki yolumuz var: ya nəyin bahasına olursa-olsun xal qazanmaq, ya da xalla yanaşı, gənc oyunçular da qazanmaq. Ramil Şeydayev, Ömər Buludov, Renat Dadaşov gələcəkdə komandanın özəyini təşkil edəcəklər.

Emil Balayevin etdikləri möhtəşəm idi, mükəmməl idi. Çox yaxşı çıxış etdi. Xüsusən də, ilk 15-20 dəqiqədəki hərəkətləri yaddaqalan oldu. Xorvatlar oyuna sürətli başlamışdılar. Həmin dəqiqələrdə o, köməyimizə çatdı.

Mən bütün tənqidlərə açığam. Emin Mahmudov yaxşı oyunçudur, topla oynamağı bacarır. Amma balansı da düşünməliyik. Rəqibin nəyə qadir olduğunu da nəzərə almaq lazımdır. Təkcə hücumu yox, müdafiəni də fikirləşmək lazımdır. Emini pleymeyker kimi görürəm. Amma belə oyunlarda bizim topla çox oynamaq imkanımız olmur. Xorvatiyanın uzun boylu oyunçuları standart vəziyyətlər zamanı qapımız qarşısına gəlirdi. Bunu da düşünmək lazımdır.

Bizim planımız odur ki, oyunçularımız ağılla oynasınlar, təkcə ürəklə yox. Hər ikisini qısa zamanda birləşdirmək mümkün olan şey deyil. Əvvəlki matçlarda Rahil Məmmədovda bəzi alınmayan oyunu, Anton Krivotsyukun kiçik səhvləri olurdu. Mediada gedən tənqidi fikirlər də yadımdadır. Bəhlul Mustafazadə də yaxşıdır. Amma top-səviyyəli komandalara qarşı yüksək səviyyədə oynamaq çətindir. Belədə səndən yüksək temp tələb olunur. Gənclərə dəstək olmaq lazımdır ki, onları yığmamız üçün qazandıraq. Yeri gəlmişkən, Renata ötən oyunda şans verəndə bəziləri bunu anlayışla qarşılamadılar. Amma bir müddətdən sonar “Vulverhempton” onun arxasınca düşdü. Hər halda, qabında nəsə var ki, onu transfer ediblər. Oyunçulara şans vermək lazımdır ki, nəsə etmək mümkün olsun".

"Dörd il əvvəl Robert Prosineçki, indi isə Nikola Yurçeviç öz həmyerlilərini Bakıda büdrətdi. Bu amil xorvatlara qarşı yaxşı oyun oynamağımızda rol oynayırmı" sualına Yurçeviç belə cavab verib:

"Bəlkə də səbəblərdən biri budur. Xorvatiyanın mentalitetini bilən bir adam kimi, oyunçuların daxilini bilmək mənim üçün üstünlükdür. Slovakiya və Macarıstanla oyuna da mümkün qədər yaxşı hazırlaşmışdıq. Xüsusən də, Macarıstanın standart vəziyyətlərinə hazırlaşmışdıq. Bütün bunları analiz etməyə çox vaxt lazım olur. Slovakiya ilə görüşdə ikinci qoldan sonra geridönüş etmək çətin idi. Bir qolu sığortalamaq olur ki, bunun bu gün şahidi olduq. Hətta hesabda önə keçmək imkanımız da oldu. Oyunda bir səhv həlledici olur və sonda nəsə deməyə söz tapa bilmirsən".

Qeyd edək ki, bu gün Azərbaycan millisi dünya ikincisi Xorvatiya ilə 1:1 oynayaraq ilk xalını qazanıb. Komandamız ilk xalını qazansa da, bütün görüşlərdə qol vurub.

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
››› Azərbaycanlı millət vəkilinə növbəti ağır itki
››› Cem Yılmaz: "Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram"
Son xəbərlər
Bütün xəbərlər »