Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya futbol tarixinin ən bədxərc klubu: 10 ilə 1,6 milyard avro xərcləyiblər

Mütəxəssislər dünya futbol tarixinin ən çox investisiyaya ehtiyac duymuş klubunun adını müəyyənləşdirib. İndiyə qədər “Mançester Yunayted” qədər bədxərclik edən olmayıb.

Bizimyol.info xəbər verir ki, İngiltərə klubu 2010-2019-cu illərdə transferlərə 1,6 milyard avro xərcləyib. Xərclərə görə “Barselona” ikinci (1,5 milyard avro), “Çelsi” isə üçüncü (1,4 milyard avro) yerdə qərarlaşıb.

Bu ili ayrıca götürsək, “Atletiko”nun hamını geridə qoyduğunu görərik. Madrid klubu heyətini gücləndirmək üçün 329 milyard avro sərf edib.

“Mançester Siti” həm də transfer müstəvisində ən çox zərər görmüş klub kimi fərqlənir. Yəni xərci borcunu ödəmir. “Mançester Siti” 10 ilə ümumilikdə 1 milyard 90 milyon itirib. “Monako” isə, əksinə, əla transfer siyasəti yürüdüb. Knyazlıq təmsilçisi 1 milyard 29 milyon dollar qazanıb.

Son xəbərlər
Bütün xəbərlər »