Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada restoranın müştərilərə bir qab yemək üçün qəribə təklifi

Yaponiyanın paytaxtı Tokiodakı “Mirai Shokudo” restoranı 2015-ci ildə açılıb. Restoranın sahibi Sekay Kobayaşi həmişə pulu olmayan insanları necə yedizdirmək haqqında düşünüb.

Bizimyol.info xəbər verir ki, Kobayaşi adamlara kömək üçün qəribə təklif hazırlayıb. Əvvəllər proqram təminatçısı olan qadın keçmiş işində gördüyü bir nümunəni biznesinə tətbiq etmək qərarına gəlib. Pulsuz yemək istəyənlər əvvəlcə mətbəxdə 50 dəqiqə işləməlidir. Kobayaşi həmin işdə əməkdaşların xüsusi mətbəxdə özünə yemək hazırladığını görəndə ağlına belə ideya gəlmişdi.

Son iki ildə restoranda 500-dən çox köməkçi bu cür yeməyini qazanıb. Hər cür adam müraciət edir. Aralarında hətta 50 il müəllim işləmiş qadınlar da var. Bu iş daha çox tələbələrin karına gəlir.

Kobayaşi biznesin inkişafı üçün restoranın saytında təkliflər də qəbul edir. Qadın bu formatın işinə çox faydalı olduğunu bildirir.

Son xəbərlər
Bütün xəbərlər »