Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində istidən 1500 nəfər ölüb

Bu yay Avropada istilərdən ən çox əziyyət çəkən ölkə, bəlkə də, Fransa oldu. Fransanın səhiyyə naziri Anyes Büzenin dediyinə görə, üç ay ərzində 1500 nəfər istidən həyatını itirib.

Bizimyol.info xəbər verir ki, iyulun sonunda Avropa ölkəsinin 50-dən çox şəhərində temperatur rekordu qeydə alınmışdı. Bundan sonra, üstəlik, quraqlıq və meşə yanğınları başladı.

Səhiyyə naziri ölənlərin təxminən yarısının 75 yaşdan yuxarı təqaüdçülər olduğunu bildirib. Amma gənc adamlardan da istiyə dözməyəni olub.

“France Info” radiostansiyası dəqiq 1435 nəfərin öldüyünü yayımlayıb. Bunlardan 567-si hələ iyula qədər həyatını itirib. İkinci dalğa zamanı isə daha 868 nəfər isti ilə bacarmayıb.

Mütəxəssislər hesab edir ki, bir çox şəhərdə temperatur rekordu qeydə alınsa da, insanlar sanki daha dözümlü olublar. Çünki 2003-cü il istiləri zamanı 15 mindən çox adam zərər görmüşdü. Onda isti hava 20 gün sürmüşdü.

Son xəbərlər
Bütün xəbərlər »