Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kleopatranın uşaqlarının taleyi necə oldu

Tarixin ən məşhur qadınlardan biri olan Kleopatranın ölümündən 2 min ildən çox keçir.

Misirin axırıncı çariçasının nəslindən günümüzə heç kim gəlib çıxmayıb. Kleopatranın 4 övladından heç biri eramızı görməyib. Bizimyol.info çariçanın uşaqlarının taleyindən danışacaq.

Ptolemey Sezarion

Yuli Sezarın oğlu olsa da, hər hansı rəsmi sənəddə bu haqda danışılmır. Sezarın dost məclisində bunu etiraf etdiyi bildirilir. Ptolemey Sezarion məşhur sərkərdəyə çox oxşayırmış. Kleopatranın böyük oğlunun doğum tarixi indiyə qədər mübahisə predmetidir. Böyük ehtimalla Ptolemey Sezarion eramızdan əvvəl 47-ci ildə doğulmuşdu. Onun Yuli Sezarın ölümündən sonra dünyaya gəldiyini iddia edən mənbələr də var. Ptolemey Sezarion cəmi 17 il ömür sürüb. Misir tacının varisi sayılırdı.

Aleksandr Helios

Kleopatranın Mark Antonidən olan oğlu Aleksandr Helios da çox yaşamayıb. 10 yaşı tamam olmamış həyatla vidalaşıb. Aleksandr Helios İsgəndəriyyənin işğalı zamanı əsr düşməyə də imkan tapıb.

Kleopatra Selena

Kleopatra Selena Ptolemeylər nəslinin son nümayəndəsi olmasıyla çox qürrələnirdi. Kleopatranın yeganə qızı həm də uşaqlarının arasında az-çox yaxşı həyat görməsi, dünyadan çox erkən getməməsi ilə fərqlənir. Kleopatra Selenanın onda bəxti gətirmişdi ki, Mavritaniya çarına ərə gedib Roma hüdudlarını tərk etmişdi.

Ptolemey Filadelf

Mark Antoninin ikinci oğlu da qardaşının taleyini yaşamışdı. Əsir düşmüş, zəncirlənmişdi. Oktavian Misiri ələ keçirəndə uşağı zəfərin əzəmətini göstərmək üçün bu halda Roma küçələrində gəzdirmişdilər. Ptolemey Filadelf 7 yaşı tamam olmamış vəfat edib. Buna qədər həm də Suriyanın, Finikiyanın sahibi elan olunmaqla tarixdə qalıb.

Son xəbərlər
Bütün xəbərlər »