Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə evlərin qiyməti çox yüksəlib

Rusiyada mənzil bazarında qiymət artımı bütün dünyadakı orta göstəricini geridə qoyub. Qonşu ölkədə evlərin qiyməti son bir il ərzində 6,9 faiz artıb.

Bizimyol.info xəbər verir ki, məbləğ olaraq artım keçənilkindən 4,6 dəfə çox olub. “Global House Price Index”in reytinqinə görə, Rusiya 56 ölkə arasında 19-cu yerə yüksəlib. Təəssüf ki, sıralamada Azərbaycan nəzərə alınmır.

Rusiyada mütəxəssislər qiymət artımını daşınmaz əmlakla bağlı qanunvericilikdəki dəyişikliklərlə əlaqələndirir. Yaxın üç ildə qiymətlərdə eniş gözlənilmir.

Son bir ildə ən çox qiymət artımı Çində baş verib (10,9 faiz). İkinci və üçüncü yeri Avropa ölkələri tutub. Maltada 10,8, Çexiyada 9,4 faiz artım qeydə alınıb.

Rusiya statistika komitəsinin – “Rosstat”ın hesabatına görə, qonşu ölkədə mənzillərin orta hesabla bir kvadratmetrinin qiyməti 58 min 483 rubldur. Yəni təxminən 893 dollar.

Son xəbərlər
Bütün xəbərlər »