Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yeni binanın sakinlərinin problemləri bitmir - Video
menzilll--00

Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 30 ünvanında yerləşən binanın yeni tikili olmasına baxmayaraq, problemləri bitmək bilmir. MTK binanın inşası tam yekunlaşmadan sakinlərin istifadəsinə təhvil verib.

2006-cı ildən bu binadan ev alan Damət Ağakişiyev deyir ki, binanı inşa edən şirkət rəhbərliyi tərəfindən ona və orada yaşayan digər sakinlərə verilən vədlərin heç biri yerinə yetirilməyib:

"2006-cı ildə qırx min beş yüz dollar pul ödəyərək, binadan ev almışıq. Müqaviləyə əsasən, bizə ümumi sahəsi 81 kvadratmetr olan mənzil veriləcəyi qeyd edilmişdi. Müqavilədə həm də göstərilmişdi ki, girişdə seyf qapı olacaq, binanın fasadı təmir ediləcək, order veriləcək, bina qazla təmin ediləcək və bütün texniki şərtlərə əməl olunacaq. Bu binanın şikayətinə heç kim baxmır".

Şikayətçi deyir ki, binanın inşası zamanı lazım olan qurumların heç birindən icazə alınmayıb:

"Bina dövlət qurumlarının heç birindən icazə alınmadan inşa edilib, burada sakinlərin məskunlaşması özbaşına olub. Hətta mənə verilən mənzil müqavilədə yazılandan 21 kvadratmetr azdır.

Dəfələrlə "Aslan" MTK-dan şikayət olunmasına baxmayaraq, sakinlərin işinə baxılmayıb.

Şirkətin icraçı direktoru Əli Mahmudov mənə bildirdi ki, kimə istəyirsən, şikayət et, bizə batan olmayacaq. Çünki bu bina özbaşına tikilidir. Bu bina "Aslan" MTK-nın rəhbəri Fərhad Abbasovun qohumlarının adına olduğu üçün mənə dedilər ki, evi də əlindən alıb, sizi küçəyə atacağıq".

Bina sakininin sözlərinə görə, problemlə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə tərəfindən 2008-ci ildə qətnamə qəbul edilib. Orada bildirilir ki, bina qanunsuz tikilib və bu bina "Aslan" MTK-nın mülkü hesab edilmir:

"Onların burada alqı-satqı etməyə, əqd bağlamağa, kommunal ödəniş yığmağa ixtiyarı yoxdur".

Müsahibimiz bildirir ki, məhkəmədən sonra isə bu işin başında duranlar sakinlərə hədə-qorxu gəlməyə çalışıblar.

Məsələ ilə bağlı bina sakinləri tərəfindən seçilən nümayəndə Tahir Manafov deyir ki, "Aslan" MTK-nın sədri İspaniyaya qaçıb. O bildirir ki, əgər bina sahibi bu problemləri həll etməsə, başqa bir şirkət açıb sakinləri çıxarışla təmin edəcək.

Şirkətin yerləşdiyi ünvana getsək də, suallarımıza cavab verən tapılmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Oxu.az)

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› Azərbaycana qar yağdı - Foto
››› Telman İsmayılov erməni əsilli Avraam Russoya ağlagəlməz miqdarda pul xərcləyib
››› Rəsmi Yerevan: indi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur
Son xəbərlər
Bütün xəbərlər »