Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar arasında göz xəstəlikləri niyə artıb?

Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb.

Bizimyol.info Dövlət Statistika Komitəinə istinadən xəbər verir ki, ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb.

2010-2016-cı illər ərzində ölkədə 14-29 yaşlı insanlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfəyə yaxın, yaşı 30-dan çox olanlar arasında 1,5 dəfə çoxalıb. Uşaqlar arasında xüsusilə miopiya xəstəliyi geniş yayılıb.

Oftalmoloq Cavid Allahverdiyev Bizimyol.info saytına verdiyi açıqlamada son zamanlar uşaqlar arasında göz xəstəliklərinin artımın müşahidə olunmasını müayinə olunanların sayının artması ilə əlaqələndirib: “Son illər uşaqlarda göz xəstəliyinin çoxalmasının iki səbəbi var. Birinci səbəb müayinəyə cəlb olunan insanların sayının artması və təbabətin özünün müasirləşməsidir. İndi beş nəfərdən dördü müayinəyə cəlb olunur.İkinci səbəb isə təbii ki, genetikadır. Bu xəstəliklərin meydana gəlməsində genetika böyük rol oynayır”.

Cavid Allahverdiyev

Bir çoxları görmə zəiflyini qidalanma ilə əlaqələndirirlər.Son illər qəbul etdiyimiz qidaların aşağı keyfiyyətli olmasının sağlamlığa, o cümlədən görmə qabiliyyətinin zəifləməsinə səbəb olduğunu əsas gətirənlər az deyil. Bu barədə mütəxəssis rəyini öyrənmək istədik. Cavid Allahverdiyevin fikirnə görə, bu məsələdə qidalanma böyük rol oynamır.

Göz xəstəliklərinin lazerlə korreksiyası barədə son dövrlər çox eşidirik. Cavid Allahverdiyev 20 yaşa qədər insanlarda göz xəstəlikləri zamanı lazerlə müdaxilənin məqsədəuyğun hesab edilmədiyini bildirib.

Lazer əməliyyatlarından sonra gözdə nə zamansa yarana biləcək fəsadlar barədə sualımızı cavablandıran mütəxəssis bunları söylədi:

“Lazer əməliyyatları tibb elmində yaxın zamanlarda tətbiq edilməyə başlayıb. 10 il, 20 il sonra nələr baş verəcək, bunu kimsə deyə bilməz. Bizim insanlarımız tibbdə 100 faizli qarantiya almağı sevirlər. Lakin bu da unudulmamalıdır ki, elm inkişaf edir, tibb elmi də o cümlədən. Odur ki, gələcəkdə nələr olacaq deyə tam fikir yürütmək düzgün olmazdı”.

Bu günlərdə Türkiyəli gen mütəxəssisləri uşağın hələ ana bətnində ilkin inkişaf dövründə irsən keçən xəstəliklərinin aşkarlanaraq geninin dəyişdirilməsinin mümkün olması barədə bəyanat verdilər. Genlə keçən xəstəliklərdən biri də görmə zəifliyi olduğuna görə,bu irsi xəstəliyin daşıyıcılarına da təsir mümkündürmü? Cavid Allahverdiyevin dediyinə görə, hələlik bu mümkün deyil. Lakin yaxın gələcəkdə bu problemin həll yolunun tapılacağı da mütləqdir.

Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova bildirib kİ, 9-15 yaşlı uşaqların təxminən 60 faizində görmə problemləri müşahidə olunur.

Baş Oftalmoloq bunu yaradan əsas səbəb kimi erkən yaşda müasir texnologiyadan istifadəni görür

“Azyaşlının əlinə verilən teefon və onun saatlarla telefonla başını qatması erkən göz zəifləməsinə səbəb olur. Alimlər sübut ediblər ki, kompüterdən gələn mavi işıq torlu qişada görmə zəifliyinə səbəb olan toksik maddə əmələ gətirir. Monitordan gələn mikrodalğalar göz toxumasında istilik yaradır və bu da büllurda dəyişikliyə səbəb olur. Məsələ ondadır ki, nəinki uşaqlar, yaşlılar da günün əksər hissəsini televizor və kompüter qarşısında keçirirlər. Göz anatomik olaraq hərəkət üçün yaranıb və daim hər tərəfə hərəkət etməlidir. Göz yalnız uzağa baxanda dincəlir, yaxına baxanda isə əzələ yığılır və yüklənir. Göz uzun müddət kompüterə baxanda buynuz qişa quruyur və nəticədə bir sıra problemlər meydana çıxmağa başlayır. Kompüter arxasında işləyən adam mütləq hər 45 dəqiqədən bir fasilə verməlidir”,- deyə həkim bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »