Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Böyük beşlik”də futbolçu satışından ən çox qazanan klublar açıqlanıb

Futbol üzrə “böyük beşlik” çempionatlarında transferlərdən ən çox qazanan klublar müəyyənləşib.

“Monako” son 10 ildə futbolçu satışından ən çox qazanan klubdur.

Fransa Liqa1 təmsilçisi 2010-19-cu illərdə transferlərdən 1 milyard 29 milyon avro qazanıb. İkinci pillədə İngiltərə “Çelsi”si qərarlaşıb – 868 milyon.

İtaliya “Yuventus”u 787, Portuqaliya “Benfika”sı 780, İspaniya “Real”ı 763 milyon avroluq oyunçu satışı gerçəkləşdirib. Bu göstəricidə ilk “onluğ”a İspaniya “Atletiko”su (754), İtaliya “Roma”sı və İspaniya “Barselona”sı (hərəyə 726), İngiltərə “Liverpul”u (716) və Almaniyanın Dortmund “Borussiya”sı (678) da düşüb.

Qeyd edək ki, “Monako”nun bu 10 ildəki ən bahalı satışları hesab olunan Killian Mbappe PSJ-yə 135, Xames Rodriges “Real”a 75, Tom Lemar “Atletiko”ya 70 milyon avroya keçib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »