Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Tatu etdirdiyimə görə məni əsgərə aparmadılar” – Tatu ustası ilə müsahibə - Video
Kamil Qurbanov tatuaj ustası

Son zamanlar gənclər arasında tatunun geniş yayıldığını görə bilirik. Bu, artıq göstəriş xətrinə atılan addımlardan birinə çevrilib. Müsahibimizin sözü ilə desək, dərisi olan hər kəs tatu etdirir.

Bizimyol.info-nun əməkdaşları tatu ustası Kamil Qurbanovla həmsöhbət olublar. Tatu ustası ilə olan söhbəti təqdim edirik:

Kamil Qurbanov tatuaj ustası

-Kamil bəy, küçədə insanların münasibəti necədir?

-Zombi, insanlıqdan kənar kimi baxırlar. Gənclər arasında çox olmasa da, yaşlı nəsil heç yaxşı baxmır. Bir dəfə aptekdə dərman alırdım. Əczaçı qolumun tatusunu görüb dərmanı elə atdı ki, əli əlimə dəyməsin.

-Ən çox nə deyib qınayırlar?

-Bir dəfə isti havada şortik, qısaqol köynəkdə həyətə düşmüşəm. Qonşu xala deyir ki, "Kamil, sən dəri xərçəngində öləcən"

-Bəs nə deyirsən, necə reaksiya verirsən?

-Mən də deyirəm ki, sizin heç dermusdan anlayışınız yoxdur. Amerika alimləri 30 il bunun üstündə işləyiblər ki, necə daha uzunmüddətli olsun və əks təsirləri az olsun. Yoxsa mən dəliyəm ki, bütün bədənimi bilə-bilə tatu edəm?

-Qızlar arasında tatu etdirənlər varmı?

-Ümumilikdə tatu etdirənlərin sayı artıb. Düzdür, Amerika, Avropa ilə müqayisədə çox-çox azdır. Amma son zamanlarda qızlar arasında da tatu etdirənlərin sayı artıb. Hətta facetatto (üz tatusu) etdirənlər də var.

-Sevdiyinin adını yazdırmaq istəylər olurmu?

-Belə niyyətlə gələnlərə deyirəm: Gəl, elə yazaq ki, sonra dəyişdirə biləsən, peşman olasan. Adətən həqiqətən də peşman olurlar. Yeniyetmələr arasında peşman olanlar daha çox olur.

Tatu ustası Kamil Qurbanovla geniş müsahibəyə videoda baxa bilərsiniz:

Aləmdə Nəsib

Bizimyol.info

Paylaş »
››› Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - Siyahı
››› Ölkəyə göndərilən mühacirləri nə gözləyir?: “Yaşayan ölü olacaqlar”
››› Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi
››› Prokurorluqdan Almaniyadan Azərbaycana deportasiya edilən şəxslərlə bağlı açıqlama
››› Korrupsiyaya qarşı mübarizə aparan məmuru rüşvət üstündə tutdular
Son xəbərlər
Bütün xəbərlər »