Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xırdalanda dərs başlamadan məktəbli forması dərdi valideynləri bezdirib - Foto

Abşeron rayonu Təhsil Şöbəsi bu dərs ilində məktəblilərin bütün ölkə məktəblərindən fərqli forma geyinməsinə qərar verib.

Bizimyol.info xəbər verir ki, Təhsil Şöbəsi bu qərarla yeni dərs ili başlamadan valideynlərin əsəblərini gərginləşdirməyi bacarıb. Belə ki, Xırdalanda məktəbli forması almaq üçün uzun növbələr yaranıb.

İzləyicilərimizin Bizimyol.info saytına verdiyi məlumata görə, məktəbli forması yalnız bir mağazada satılır, orda da uzun-uzadı növbələr düzülüb. “Materialı keyfiyyətsiz, əksəriyyəti deffekt, ölçüləri tapılmayan bu formaları almaq üçün hələ saatlatla növbəyə durmalısan. Bu da bir inhisardır”,- deyə jurnalist Rəşad Vaqifoğlu sosial şəbəkədə bildirib.

məktəbli forması

“Biz dünən 3 saat 45 dəqiqədən sonra keyfiyyətsiz paltar almağa nail ola bildik”,- deyə izləyicilərimizdən biri yazır. Abşeron Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışssaq da, zənglərimizə cavab verən olmadı.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »