Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcili yardım maşını ilə yük daşıyan sürücü: "Tək xəstə daşımırıq" - Video

Bakıda təcili yardım maşını ilə yük daşıyan sürücü görüntüsünün yayılmasından narazı olaraq açıqlama verib.

Baku.ws xəbər verir ki, sürücü bildirib bu yük onların özünə aiddir:

“Mənim 60 yaşım var, uşaq deyiləm. Vicdanınız yoxdur, məni biabır etmisiz. Həmin görüntüləri yayanı da məhkəməyə verəcəyəm, sizin də “başınız ağrıyacaq”. Araşdırmamış yazmısız. Bu yüklər bizim özümüzə aiddir”, - deyə sürücü bildirib.

Söhbət zamanı sürücü bildirib ki, təcili yardım maşını ilə yük daşımağa stansiyanın rəhbərliyinin icazəsi ilə edib.

“Mən özbaşına etməmişəm. Rəhbərlikdən icazə almışam. Həmin ərazidə təkər düzəltdirməyə getmişəm. Öz dükanımızdır, mebelləri oradan götürmüşəm.

Bu dövlətin maşınıdır. Tək xəstə daşımırıq, başqa iş də edirik. İdarənin müəyyən işlərini görürük”, - deyə sürücü bildirib.

Son xəbərlər
Bütün xəbərlər »