Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı OPEC+ sazişinə dair siyasətini dəyişməyəcək

Səudiyyə Ərəbistanının Enerji nazirinin dəyişməsi bu ölkənin neft hasilatını məhdudlaşdırılmasına yönələn OPEC+ sazişinə dair siyasətinə təsir göstərməyəcək.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Enerji nazirinin dəyişdirilməsi səbəbindən OPEC+ sazişinə dair siyasətini dəyişdirmək fikrində olmadığını təsdiqləyib.

Qeyd edək ki, bu yaxınlarda Səudiyyə Ərəbistanının Enerji naziri Xalid əl-Falihə vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə Krallığın şahzadəsi Əbdülaziz bin Salman Əl Saud təyin olunub.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Son xəbərlər
Bütün xəbərlər »