Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Megastore”də satılan lavaşdan zəhərləndilər

Bu gün Bizimyol.info saytına şikayət daxil olub. Məmmədov Murad Xətai rayonu, Nobel prospekti 189a (Nargilə dairəsindən şəhər istiqamətinə yolun sağında) yerləşən marketdən pəhriz lavaşı aldığını, lakin lavaşın çox acı daddığını qeyd edir.

“Bir paket lavaş idi, mən də yedim, uşaqlar da. Evdə 4 yaşlı qardaşım lavaşla şirinçay içdikdən sonra halı qarışdı, təcili tibbi yardım çağırdıq. Yerdə qalan lavaşdan birinin yenidən dadına baxdım, zəhər kimi acıydı. Bilmirəm, bişirilən un köhnə olub, yoxsa antisanitar şəraitdə hazırlanıb”,- deyə o bildirib.

Təndir lavaş

Qeyd edək ki, “Megastore”də malların saxlanma və satılma şəraiti pis deyil. Pis olan başqa bir cəhət var.

“Megastore” kimi bir neçə böyük marketlər satış məqsədi ilə lavaşı evlərdən alırlar.

Bu ailəsini dolandırmaq istəyənlər üçün yüngülvari də olsa iş yeri, qazanc mənbəyi ola bilər. Lakin marketlər evlərdən və müxtəlif insanlardan aldıqları bu lavaşların hansı şəraitdə, kimlər tərəfindən hazırlandıqlarını bilmirlər. Lavaşı bişirən şəxslərin istifadə etdikləri unun saxlanma müddəti barədə də məlumat yoxdur, o lavaşı bişirənlərin hansısa keçici bir xəstəliyin daşıyıcısı olub- olmaması barədə də. Satış üçün nəzərədə tutulan bu kimi istehlak mallarının yüksək keyfiyyətli olması barədə fikir söyləmək çətindir. Mən küçədə lavaş satışı ilə məşğul olan kiçik bir yerdə (Hövsan tərəflərdə yol kənarında həm təndirdə çörək, həm də ocaqda lavaş bişirirdilər) lavaşı islatmaq üçün suyu ağzına alıb quru lavaşın üstünə püskürdən bir nənəni görmüşəm. Belə halda hansı antisanitariyadan danışmaq olar? Qida Təhlükəsizliyi Agentliyi bu kimi hallara qarşı mübarizə aparmalıdır.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »