Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hicablı qızlar rok oxudu... - VİDEO
İndoneziyada ortaya çıxan bir rok qrupu hamını heyrətə salıb.

Moderator.az xəbər verir ki, 2014-cü ildə yaranan bu musiqi qrupu Yavada tanış olan hicablı 3 məktəbli qızdan ibarətdir. Qrupun gitara ifaçısı və vokalı Firdda Kurnia, musiqilərini Müsəlman qadınların üzləşdiyi təzyiqlərə qarşı bəstələdiklərini bildirib.

16 yaşlı Kurnia, " Rok musiqisi çox üsyançıdır və mən bu musiqini ilk eşitdiyim andan bəri çox sevirəm" deyir. 250 milyonluq əhalisinin 90 faizi müsəlman olan İndoneziyada gündən günə populyar bir hala gələn musiqi qrupu “Voice of Baceprot”, dünya gündəmində olduqca boyuk səs-küyə səbəb olub. Adı “Gurultulu səs” mənasına gələn musiqi qrupunun ən diqqətçəkici xüsusiyyəti isə hicablı 3 gənc qızdan ibarət olmasıdır.

Uzun perspektivdə ABŞ və Avropada konsert verməyi düşünən qrupun təhsil aldığı məktəbin direktoru Məhəmməd Sholeh də, "Hicablı qızların nəinki rok musiqisi ifa etməsi,hətta qışqırması belə tez-tez rast gəlinən bir şey deyil. Amma burada dinlədiyimiz musiqi, həqiqətən çox gurultuludur" deyə ifadə edib. Digər tərəfdən ölkədəki yüksək səviyyəli bir din xadimi, gənc qızların ifa etdiyi musiqini dəstəklədiyini və İslama qarşı bir hücum olaraq görmədiyini açıqlayıb.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »