Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mahir Emreli: "Tənqidlər başa düşüləndir"
Mahir Emreli və bacısı Ayişə

“Bizi maraqlı oyun gözləyir. Rəqibin gücü bəllidir. Bu özü bizim üçün motivasiya olmalıdır”.

Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Yığma AVRO-2020-nin seçmə mərhələsində sabah Xorvatiya yığmasını qəbul edəcək. 22 yaşlı hücumçu oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb: “Xorvatiya kimi böyük komanda ilə qarşılaşacağıq. Həm də xalımız yoxdur. Sabah ən yaxşısını edib, xal qazanmağa çalışacağıq”.

Emreli sensasiya etmək niyyətində olduqlarını əlavə edib: “Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adının gəlməsi bizim üçün əlavə motivasiyadır. İlk görüşdə yaxşı sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək? Ümid edirəm ki, sabah ən yaxşı matçlarımızdan biri olacaq. Qələbə qazananda hamı necə sevinirsə, uduzanda da tənqidlər başa düşüləndir. Xorvatiya və Uelslə oyunlarda bəxtimiz gətirmədi. Macarıstanla matçı da bura əlavə edə bilərəm. Erkən qollar buraxmağımız bizə pis təsir etdi. Yalnız Slovakiya ilə görüş istisnadır. Rəqibin yaxşı günü idi”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı 20:00-da start götürəcək.(apa)

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Ukrayna Türkiyədən inciyib
Son xəbərlər
Bütün xəbərlər »