Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir sızanaq həyatını məhv etdi - Foto

Antalyada yaşayan Emine Kurunun başına dəhşətli hadisə gəlib. Çənəsində çıxan sızanaq get-gedə böyüyərək çənəsi və sağ gözünü itirməsinə səbəb olub. İndi isə o, qızı üçün savaşır.

"Bizimyol.info" "Posta"ya istinadən xəbər verir ki, 2 il əvvəl qadına dəri xərçəngi diaqnozu qoyulub.

Belə ki, çənəsində çıxan "xərçəngdən öncə xəbərdarlıq"ı sadə bir sızanaq zənn edən qadın buna heçbir əhəmiyyət verməyib. Lakin, daha sonra küçədə ürəyi getmiş Emine xəstəxanaya çatdırılıb və burada ona dəri xərçəngi diaqnozu qoyulub.

Sızanaq isə get-gedə böyüyərək Eminenin üzünü məhv etməyə başlamışdı. Bu səbəbdən həkimlər Kurunun üzündə əmələ gələn şişi aradan qaldırdı və yaranmış oyuqa xəstənin omba nahiyəsindən götürülmüş dəri tikdi.

Buna baxmayaraq, inkişaf edən xərçəng Kurunun sağ gözünü və çənəsini sıradan çıxardı. Yaxınları 3 ayda tanınmaz hala gələn qadından üz çevirdi. Köhnə əşya alveri ilə məşğul olan həyat yoldaşı isə Emineyə baxa bilmək üçün tək övladlarına dayə tutmaq qərarına gəldi.

Hazırda "Fiziki qüsurlu" sənədinin vaxtı bitən Emine özünə yeni sənəd düzəltməyə çalışır. Sənədin oktyabr ayınadək hazır olacağı bildirilib . Maddi çətinliklə üzləşən, qızının dayəsinin və kirayə qaldığı evin pulunu ödəyə bilməyən Emine xeyirxah insanlardan kömək istəyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »