Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tənqidçi" rep dünyada 1 nömrə oldu - Video

Şanışer və onunla bərabər 19 sənətçinin birlikdə səsləndirdiyi "SUSAMAM" mahnısı YouTube sosial şəbəkəsində çox ciddi bəyənmə alıb. Mahnı 6 sentyabr tarixindən bəri YouTube Trend siyahısında da 1-ci yerdə qərarlaşıb.

Bizimyol.info xəbər verir ki, Türkiyənin tanınmış reperlərindən olan Şanışer, şəxsi YouTube kanalında "SUSAMAM" etiketiylə yeni mahnısını paylaşdı. Qadına şiddət, heyvanları qoruma və daha bir çox problemlərə diqqət çəkən video Twitter gündəminə 1-ci sırada girməklə yanaşı, YouTube sosial şəbəkəsinin Trend siyahısında 1-ci yeri tutub.

Şanışer, Fuat, Ados, Hayki, Server Uraz, Beta, Tahribad-ı İsyan, Sokrat St, Ozbi, Deniz Tekin, Sehabe, Yeis Sensura, Aspova, Defkhan, Aga B, Mirac, Mert Şenel, Kamufle adlı reperlərin iştirak etdiyi və hazırda 13 milyonun üstündə izlənmə və 1.3 milyondan çox bəyənmə alan mahnı, daha uzun illər danışılacaq mövzuları özünəməxsus formada tənqid edib.

Bizimyol.info dünya gündəmində yer tutan mahnıya aid videonu təqdim edir:

Orxan Musa

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »