Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
298 nəfərin öldüyü qəzanın şahidi dindirib - Foto

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bildirib ki, Malayziyanın MH17 reysi ilə uçan “Boeing” təyyarəsinin vurulmasının mümkün şahidi olan Vladimir Tsemax Rusiyaya göndərilməzdən əvvəl Hollandiya müstəntiqləri tərəfindən dindirilib.

Hollandiya hakimiyyəti onun ekstradisiyasının qarşısını almağa çalışıb. Vladimir Tsemax, Snejnoye şəhərinin hava hücumundan müdafiə qüvvələrinə komandanlıq edib. 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsi bu şəhərin yaxınlığında vurulub.

Vladimir Tsemax Vladimir Tsemax

Təyyarənin göyərtəsində 298 nəfər olub, onların hamısı həlak olub. Tsemax 2019-cu il iyunun sonlarında Ukrayna xüsusi xidmət orqanları tərəfindən qondarma “DNR” ərazisindən oğurlanıb.

O, şənbə günü Rusiya ilə Ukrayna arasında keçirilmiş əsirlərin dəyişdirilməsi prosesində Ukrayna tərəfindən Rusiyaya verilmiş 35 əsirin siyahısında olub. Ukrayna prezidenti Zelenski şənbə günü Kiyevin Borispol aeroportunda jurnalistlərə bildirib ki, Tsemax Rusiyaya verilməzdən əvvəl dindirilib: "Dindiriblər , özü də ki, yalnız qaytarılması ərəfəsində yox".

"Bütün istintaq hərəkətlərinin keçirilməsi üçün danışdığımız Avropa liderlərinin adlarını çəkməyəcəyəm. Bizdən nə xahiş olunmuşdusa hamısını yetrinə yetirdik. Çətin idi. Mən qorxurdum ki, buna görə mübadilə pozula bilər ", - Ukrayna prezidenti deyib.

Son xəbərlər
Bütün xəbərlər »