Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Televiziyada işlədiyi 59 il ərzində o üzünün görünməsinə icazə verməyib – Rusiyada yaşayan 90 yaşlı həmyerlimiz

Rusiyanın “Rossiya” telekanalı azərbaycanlı telemütəxəssis Ənvər Məmmədov barəsində çox maraqlı süjet təqdim edib. 90 yaşı olmasına baxmayaraq hələ də işləyir, hazırda "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisidir.

Bizimyol.info xəbər verir ki, Ənvər Məmmədov 7 orden və 10 medalla təltif olunub. Onun çox maraqlı ömür yolu var. Üzünü milyonlar tanımasa da televiziya sahəsində hər kəs ondan məsləhət alır, onun elmindən faydalanmaq istəyirdi. Bu gün sevərək izlədiyimiz bir çox teleproqramlar və filmlər məhz onun sayəsində ekrah həyatı yaşayıb. Ənvər Məmmədov 1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib.

İngilis, alman, italyan və fransız dillərini bilir. Yeddinci sinifi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunub. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunduqdan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib.

1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında ,1944-1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olaraq tərcüməçilik edib.

1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru ,1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləyib.

1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olub.

1964-cü ilin avqustunda "Mayak" radiosunun yaradılmasında böyük əməyi olub. Qeyd edək ki, bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »