Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu avtobuslarda gedənlərə əlil statusu verilir - Video

Bakının ictimai nəqliyyatında problemlər davam edir. Doğrudur, müəyyən tədbirlər mütləq görülür, danmaq olmaz, lakin uzun illərdir öz həllini gözləyən marşrut xəttləri yenə mövcuddur.

Bizimyol.info redaksiyasına Bakıda fəaliyyət göstərən 57 saylı marşrut xəttindən şikayət daxil olub. Sərnişinlər bu xəttə buraxılan avtobusların sınıq- salxaq olmasından və üstəlik sürücülərin sərnişinlərlə çox kobud davranmasından şikayətçidirlər. Qeyd edək ki, bu marşrut xətti barədə öncə də demişik yazmışıq. Amma daşıyıcı şirkətin sahibi hər kimdisə “ yekə adamdır” ki Bakı Nəqliyyat Agentliyinin bu sahibkara dişi batmır.

Amma insafsız “yekə sahibkar” da adına layiq iş görmür, istifadə etdiyi bu xətlə insanlara zülüm verir. Marşrut xətti Bakının Nobel prospektində başlayıb Sabunçu rayonuna qədər uzanan bir ərazini əhatə edir.İstifadə edənlərin sayı həddən artıq çoxdur. Sürücülər gecikəndə maşını addım- addım sürür, tələsəndə isə təyyarə ilə yarışırlar. Avtobuslar o qədər köhnədir ki, sürət həddi aşılan kimi oturacaqlar yerindən oynayır, qapılar açılıb örtüləndə az qalsın baş yara. Sürücüyə “ehtiyatlı sür və ya sürətlənin çox asta gedirik” deyəndə əsasən gənclərdən ibarət və demək olar ki, xaraktercə hamısı bir-birinə bənzəyən sürücülər “ düşün piyada gedin, taksi çağırın, kefim belə istəyir, ağzımı açdırma mənim , durub payını verərəm, kefim belə istəyir kimi” çox kobud cavab verirlər.Bir il öncə təqdim etdiyiiz videonu yenidən təkrarən təqdim edirik, çünki bu zaman ərzində gediş haqqı bahalaşsa da xidmətdə dəyişilən heç bir şey olmayıb.

Dəfələrlə bu barədə Nəqliyyat Agentliyinə müraciət edilib və aldığımız cavab “ xəttlərdəki avtobuslar yenilənir, növbə onlara da çatacaq” şəklində olub. Ümid edirik avtobuslarla yanaşı sürücülərə də sürücü mədəniyyəti barədə xəbərdarlıq edilər.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »