Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı dənizçiləri hava limanında Zelenski özü qarşıladı

İçərisində rusiyalı məhkumların olduğu Tu-204 təyyarəsi Vnukovo hava limanına enib.

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda ukraynalı dənizçilərin təyyarəsi Kiyevin Borispol aeroportuna çatıb. Ukrayna vətəndaşlarını preizdent Vladimir Zelenski şəxsən qarşılayıb. Onunla yanaşı, hava limanına Baş prokuror Ruslan Ryaboşapka, Daxili İşlər Naziri Arsen Avakov, Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanov da gedib.

Xatırladaq ki, Rusiya və Ukrayna həbsdə olan və saxlanılan vətəndaşların qarşılıqlı dəyişdirilməsinə başlayıb. Rusiya prezidenti Vladimir Putin gələcəkdə bu dəyişdirilmənin daha genişmiqyaslı olacağını və bunun Moskva-Kiyev münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addım olduğunu deyib.

Son xəbərlər
Bütün xəbərlər »