Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuri Qaqarinin qızı Azərbaycana kimlə gəlibmiş?

Dünyanın ilk kosmonavtının övladları şəxsi həyatları ilə bağlı təfərrüatı bölüşmürlər.

Bu yaxınlarda onun qızı Yelena nəhayət ki ərinin adını açıqlayıb.

Rus saytlarının verdiyi xəbərə görə, Yelena Yuriyevna 18 ildir Kremlin muzey fonduna rəhbərlik edir. Bu il o, 60 illik yubileyini qeyd edib.

Jurnalistlərin sözlərinə görə, zahirən atasına bənzəyən qadına yaşını vermək olmur.

Yelena uzun illər öz ailə statusunu da gizli saxlayıb. Kino sənayesində çalışan Elizbar Qarayevlə ayrılandan sonra mətbuat onun xaricə köçəcəyini yazırdı. Amma 2014-cü ildə Yelena Qaqarinanı Kreml sarayının baş bərpaçısı Vladimir Vıçujaninlə bir yerdə görürlər. Cütlük Azərbaycanda səfərdəymiş.

Bir qədər əvvəl isə cütlüklə Çelyabinskdə qarşılaşanlar olub. Paparatsilər ikinci təsadüfdən sonra Yelenanın tək yaşamadığını düşünürlər.

Son xəbərlər
Bütün xəbərlər »