Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq "DisneyWorld"ə getmək üçün yığdığı pullarla "Dorian" zərərçəkmişlərinə kömək etdi

Cermayn Bell 6 yaşındadır. O 7 yaşını ailəsi ilə birlikdə "DisneyWorld"də qeyd edə bilmək üçün pul yığırdı.

"Bizimyol.info" "CNN"ə istinadən xəbər verir ki, balaca Cermayn sonradan yıgdığı pullarla "Dorian" qasırğası nəticəsində evlərindən didərgin düşən insanlara kömək etmək qərarına gəlib. Bunun üçün Ceymayn Baham adalarında baş vermış "Dorian" qasırğasından qaçaraq ölkəsində, Cənubi Karolina ştatında məskünlaşan insanlara yüzlərlə "hotdog" alıb.

"Yad yerə gəlmiş insanlara yemək vermək istədim. Onların yeni mühitlərini sevməsini arzulayıram". - deyə Cermayn qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »