Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın ən təhlükəli şəhəri: Qaranlıqda çölə çıxmaq olmur
2019-09-06_192624

Bir müddət əvvəl Rusiyada sorğu keçirərək, ölkənin ən təhlükəli şəhərini müəyyənləşdirməyə çalışmışdılar.

Respondentlərin çoxu Şaxtının adını çəkmişdi.

Bizimyol.info xəbər verir ki, bu şəhərdə yerli sakinlər qaranlıqda çölə çıxmaqdan qorxur. Bu haqda özləri “lenta.ru” portalına danışıblar. Maraqlıdır ki, qorxsalar da, şəhəri tərk etməyə tələsmirlər.

250 min nəfərə yaxın əhalisi olan şəhərin ən böyük problemlərindən biri işsizlikdir. “İş çox azdır. Ali təhsili olanlar böyük şəhərlərə gedir. Ukrayna ilə qonşuyuq deyə, şəhərdə oradan gələn qaçqın çoxdur. Amma gedənlərin sayının gələnlərdən qat-qat çox olduğunu deyə bilərik”, - şəhər sakini Stanislav Lyubimov danışır.

Üç il əvvəl Sankt-Peterburqa köçən Natalya Ozerkova da təxminən belə fikirlər söyləyib: “Şəhərdə hələ də 90-cı illər havası var. İş tapmaq mümkün deyil. Çoxu içir. Xidmət sahələri bərbad gündədir. Səhiyyə haqda bir kəlmə deyə bilərəm: yaxşısı xəstələnməməkdir”.

Şaxtıda ilk diqqəti çəkən nüanslardan biri ictimai nəqliyyatın və yolun pis vəziyyətdə olmasıdır. Böyük avtobuslar, demək olar, işləmir. Tramvay və trolleybusu çoxdan yığışdırıblar. Balaca marşrut avtobusları isə sanki sön günlərini yaşayır.

Şəhər əhalisi danışır ki, Şaxtı xüsusilə son illər təhlükəli yerə çevrilib. Təhlükəsizliyinizi istəyirsinizsə, burada şəxsi avtomobilinizdə gəzməlisiniz. Stanislav Lyubimov deyir ki, küçələr işıqlandırılmır, piyada keçidləri yoxdur. Küçələr narkomanlarla doludur. Hər an siz hücum edə bilərlər. Gəlmələrə daha çox xəsarət yetirirlər.

Yerli sakinlərdən Vladimir Korşunov Şaxtı haqda lap pis fikirdədir. Deyir ki, gözünün qarşısında adamları küçənin ortasındaca soyublar. Parkda qadın zorlanması halı gündüzlər də baş verir. Gecələr oralardan yol salmağa dəyməz: “Şəhərdə çox özbaşınalıqdır”.

Şaxtının yerləşdiyi Rostov vilayətinin telekanalları isə yalnız xoş xəbərlər çatdırmağa çalışır. Ölkənin ən təhlükəli şəhərinin gerçək mənzərəsinə güzgü tutan yoxdur.

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› Moskvada ermənilər yallıya oynadı: Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını oxudu - Video
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »