Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandan getmək üçün ən bahalı bilet: Haraya və neçəyə

İndi Azərbaycandan dünyanın hər yerinə təyyarə bileti tapmaq mümkündür. Bəs Bakıdan uçmaq üçün ən bahalı bilet haradır və neçəyədir? Bizimyol.info bunu müəyyənləşdirməyə çalışıb.

Əvvəlcə qeyd etmək lazımdır ki, dünyanın ən uzaq nöqtələrinə birbaşa reyslər yoxdur. Mütləq bir neçə hava limanında nəfəs dərmək lazımdır. Bir də uzaq saydığımız yerlərin heç də hamısına bilet baha deyil. Məsələn, bu mənada Nyu-Yorku ağlımızdan çıxarmalıyıq. Çünki ABŞ şəhərinə hətta 800 manatdan da ucuz bilet tapmaq olar.

Bakıdan ən bahalı bilet Ficinin paytaxtı Suvaya başa gəlir. Heydər Əliyev adına hava limanından Okeaniya şəhərinə təxminən 10 gün sonra 2271 manata getmək olar. Səfər 55 saat 20 dəqiqə çəkir. Bunun üçün Dubay, Sidney, Nandi hava limanlarını da görmək lazım gəlir.

Qrenlandiyanın paytaxtı sayılan Nuka da ucuz bilet alınmır. Sentyabrın 16-da yola düşmək istəyənlər 1588 manatından keçməlidir. Üstəlik, 3 tranzitdən istifadə etməli, 41 saat 20 dəqiqə yol getməli olacaqlar.

Yəqin ki, çoxlarına Tokio uzaq görünür. Amma Yaponiyanın paytaxtına getmək çox da baha deyil. Oktyabr-noyabr aylarında bilet 800 manat civarında olacaq. Sentyabrın ortalarında isə 969 manata alınır. Yalnız Ufada və Moskvada bir az gözləmək lazım gələcək.

Bahalığına görə üçüncü yerdə Yeni Zelandiyanın paytaxtı Vellinqton gəlir. Bakıdan 51 saat 50 dəqiqəlik yol 1501 manat qiymətləndirilir. Limaya (Peru) 1292, Mexikoya (Meksika) 1270, Santyaqoya (Çili) 1224, Ottavaya (Kanada)1204, Havanaya (Kuba) 1115, Sidneyə (Avstraliya) isə 961 manata getmək mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »