Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar
Nar group 3

“Nar”-ın dəstək olduğu Azərbaycanın gənc boksçuları Türkiyənin Sakarya şəhərində keçirilən peşəkar boks döyüşlərində inamlı qələbə qazanıblar. “Baku Fight Lab” boks klubunun yetirmələri olan Rauf Ağayev və Nicat Həsənov Gürcüstan boksçularına qalib gəliblər.

Peşəkar boksda 69 kq çəki dərəcəsində ilk dəfə rinqə çıxan Nicat Həsənov Zaza Amiridze üzərində qələbə qazanaraq debüt görüşünü qələbə ilə bitirib. 52 kq çəki dərəcəsində çıxış edən Rauf Ağayev isə rəqibi Mişiko Şubitidzeni artıq 3-cü raundda nokauta salaraq rəqibindən tam üstünlüyünü nümayiş etdirib.

“Baku Fight Lab” klubu bir neçə ay öncə yenidən fəaliyyətə başlamış Azərbaycan Peşəkar Boks Federasiyasında qeydiyyatdan keçib. Federasiya promouter şirkətlərə boksçular arasında beynəlxalq səviyyəli peşəkar döyüşlər keçirməyə imkan verir.

Qeyd edək ki, “Nar”, “Baku Fight Lab” (keçmiş “Rabitə”) boks klubunun rəsmi tərəfdaşıdır. Mobil operatorun dəstəyilə boks klubu valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar təlimlər keçir. Gənc boksçuların texniki təchizatı “Nar” tərəfindən təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarlar tərəfindən keçirilir. Təlimlərin məqsədi ölkə gənclərinin zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin layiqli üzvü kimi yetişməsinə töhfə verməkdir.

Paylaş »
››› DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
››› Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - Foto
››› General deputatlığa namizədliyini irəli sürdü
››› 40 yaşından sonra uğur qazanacaq 5 bürc
››› Yeni metrostansiyanın açılış tarixi bilindi
Son xəbərlər
Bütün xəbərlər »