Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda magistraturaya maraq niyə azalıb? - Ekspertdən açıqlama

Bu il magistraturaya keçirilən imtahanda iştirak etmək üçün 12 684 bakalavr qeydiyyatdan keçib. 2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq, imtahana qoşulmaq istəyən bakalavrların sayının demək olar son üç ildəkindən təxminən 2 dəfə çox olduğunu görərik.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov Bizimyol.info-ya bildirib ki, bir neçə il əvvəllə müqayisədə son illərdə magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb.

Ekspert deyib ki, məhz imtahan qiymətinin baha olması müraciətlərin sayına kəskin təsir göstərib: “Bilirsiniz ki, artıq 1992-ci ildən bakalavr pilləsinə, 2006-cı ildən etibarən isə ali məktəblərin magistratura pilləsinə qəbul test imtahanı yolu ilə həyata keçirilir. İlk növbədə qeyd edim ki, 2016/2017-ci tədris ilində magistraturaya qəbul olmaq üçün 24110 bakalavr, 2017/2018-ci tədris ilində 13073 nəfər, 2018-2019 –cu tədris ilində magistratura imtahanlarında iştirak etmək üçün 12.387 nəfər ərizəsini təsdiqləmişdisə, 2019-cu ildə bu 12.685 nəfər təşkil edib. Nəticələri təhhilil edəndə görürk ki, bir neçə il əvvəllə müqayisədə son illərdə ciddi şəkildə azalma var.

Kamran Əsədov Kamran Əsədov

Xatırladım ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanın I mərhələsində iştirak üçün 50, II mərhələsində iştirak üçün 60 manat pul ödəməlidir. Məhz imtahan qiymətinin baha olması müracizətlərin sayına kəskin təsir göstərib”.

Ekspert bildirib ki, təqdim edilən sualların formatının dəyişməsi də magistraturaya sənəd verənlərin sayının azalmasına təsir göstərir: “Belə ki, magistr pilləsinə qəbul imtahanlarının birinci mərtəbəsində bakalavrların verdiyi imtahan fənləri - məntiq, xarici dil, informatikadır. Bu fənlər üzrə qəbul imtahanlarında istifadə olunan test tapşırığı üçün olan materiallar ali məktəblərdə tədris olunmur. Qəbul imtahanlarında iştirak edən bakalavrlardan riyazi məntiq, proqramçı səviyyəsində informatika, akademik səviyyədə xarici dil bilgiləri tələb olunur. Bunun üçün də onlar öz vəsaitləri hesabına hazırlıq kurslarına, repititorlara müraciət edirlər. Texniki və dəqiq ixtisaslar üzrə təhsilalan tələbələr üçün məntiq, informatika fənləri asan olsa da, humanitar ixtisaslar üzrə təhsilalanlar üçün bu çox çətindir. Magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsində isə təqdim olunan ixtisas üzrə test tapşırıqları isə bütün tədris ilini əhatə edir ki, bu zaman da bakalavrlar I kursdan IV kursa qədər bütün materialları yenidən oxumalıdırlar. Hesab edirəm ki, məhz bu səbəblər imtahanda iştirak edən şəxslərin maksimum nəticə əldə etməsinə maneə yaradır. Bundan başqa, magistr pilləsinə qəbulun ikinci mərhələsi üçün ixtisaslar üzrə materiallar, resurslar, rəsmi test banklar yoxdur. Bu da imtahan verəcək şəxlərin səmərəli şəkildə hazırlaşmasına imkan vermir. Hesab edirəm ki, magistr pilləsinə keçirilən qəbul imtahanlarının birinci mərhələsi ləğv olunmalı, bu pillədə təhsil almaq istəyən şəxslər yalnız öz ixtisasları və xarici dildən imtahan verməlidirlər”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »