"Bizimyol.info" "Medicina"ya istinadən xəbər verir ki, elan sahibləri analara kirli, əsasən də sidikli pampersləri atmamaqlarını tövsiyyə edib. Onlar pamperslər yığıldıqdan sonra əlaqə saxlayaraq gəlib götürəcəklərini bildirir.
İzləyicilərin "İşlənmiş pampersi nə edirsiniz? Nəyinizə lazımdır?" sualına isə elan sahibləri bu cür cavab verir: "Bu biznes sirridir!"
Lakin, bir çox aztəminatlı ailə bu fürsətdən yararlanmaq istəyib.
Sonradan məlum olub ki, işlənmiş pamperslər yığılaraq yenidən emal olunması üçün fabrikə göndərilirmiş.
Kirli pamperslər həm də bağ-bostan işlərində istifadə olunur.
Qeyd edilib ki, bu biznes digər ölkələrdə də mövcuddur.
Fəqət, ölkəmizdə sözügedən biznesin qanuni olub-olmaması böyük sual altındadır.
Adelya