Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 yaşlı Xatirə məktəbə gedə bilmir – Səbəb onu atıb getmiş valideynləridir

Valideyn himayəsindən məhrum olan 7 yaşlı Xatirə bütün dərs vəsaitləri ilə təmin olunub. Lakin onun məktəbə getməsində problemlər yaranıb. Səbəbi sənədlərinin olmamasıdır.

Bizimyol.info xəbər verir ki, Xatirə yazmağ, oxumağı bacarır, lakin məktəbə getməsi müşkülə çevrilib. Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilən bu qızın valideynləri yoxdur. 2 il əvvəl onu polislər metronun “ Neftçilər” stansiyası yaxınlığında tapıb Azərbaycan Uşaqlar Birliyinə təhvil veriblər. Xatirənin dediyinə görə, anası da atası da var. Lakin onlar bu müddət ərzində qızlarının dalınca glməyib, ona sahib çıxmaq istəməyiblər. Daha Xatirə özü də onlar arzulamır. Arzusu oxumaq, idmançı olmaqdır.

Lakin hər uşaq kimi haqqını reallaşdırmaq ona mümkün olmayıb. Çünki bu qızın heç bir sənədi yocdur. Azərbaycan Uşaqlar Biriliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, iki il ərzində araşdırsalar da uşağın valideynləri barədə məlumat əldə edə bilməyiblər.

Hüquqşünas Tahir Əlirzayev Bizimyol.info-ya bu halda məsələyə necə hüquqi həll tapıla biləcəyindən danışıb. O bildirib ki, Ailə Məcəlləsinə görə, valideyn himayəsindən məhrum olan uşaqların şəxsiyyətini yaşadıqları ərazidəki İcra Hakimiyyətinin Qəyyumluq və Azyaşlılarla İş Şöbəsi müəyyən edir. Bu şöbə qeydiyyat şöbəsinə müraciət edir, sonra uşağa şərti olaraq ad, ata-ana adı, doğum ili müəyyən edilir, başqa sözlə olmayan valideynlərin şərti adları uşağın sənədinə yazılır.

Hazırda Təhsil Nazirliyi məsələdən xəbərdardır və lazımi köməyin göstəriləcəyini bildirir.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »