Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı alpinist növbəti zirvənin fəthinə hazırlaşır

Everest və Himalayı fəth etmiş azərbaycanlı Nepalda 8 min metr yüksəyə qalxacaq. Everesti və Himalayın səkkiz min metrlik zirvələrini fəth etmiş yeganə azərbaycanlı alpinist İsrafil Aşurlu beynəlxalq ekspedisiyanın tərkibində Manaslu (8156 m) zirvəsinin fəthində iştirak edəcək.

Bizimyol.info xəbər verir ki ekspedisiya, gələn həftənin ortalarında zirvəyə gedən yoldakı baza düşərgəsinə çatacaq.Fəthin Şimal-Şərq divarından həyata keçirilməsi planlaşdırılır. Zirvənin fəthi sentyabr - oktyabrın sonuna planlaşdırılır.

Buzadırmanma üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycanın idman ustası İsrafil Aşurlu daşıyıcı şerplərin köməyindən istifadə etmək niyyətində deyil və fəthi oksigensiz həyata keçirəcək ki, bu da ikiqat çətin və təhlükəlidir.

Bu ilin yazında Aşurlu dünyanın üçüncü hündür zirvəsini - Lxotzeni (8501) fəth edib, 2011-ci ildə o, Kantencanqaya (8586 m), 2007-ci ildə isə Everestə (8848 m) dırmanıb.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »