Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Evə dost almaq və dostu bəsləmək neçəyə başa gəlir? – Köpəklərlə yaşam barədə - Foto
kopek 1

İt insanın dostudur demişdilər deyilmi? Övlad sahibi olan insanların çoxusuna yəqin ki, uşaqları “mənə köpək al” deyib. İndi Bakıda dostumuz olan bu sədaqətli və insana pozitiv enerji verən gözəl heyvanları əldə etmək üçün xeyli pul tökmək lazım gəlir.Evdə köpəklə yaşamaq necə bir şeydir? Köpəklərə necə qulluq edilməlidir, köpək bəsləyənlər nələrə diqqət yetirməlidirər? Bizimyol.info bu gün bu barədə məlumat verəcək.

Birinci onu deyək ki, istənilən növ köpəyi istənilən zoomağazadan əldə etmək olmur. Gərək sifariş verəsən. Azərbaycanda sırf it təlimçiləri yetişdirən müəssisə yoxdur . İtlər alındıqdan sonra onları özündən tutmaq kiçik bir uşağı yetim tənha buraxmaq kimidir. Bu onların psixologiyasına belə mənfi təsir göstərir. Odur ki, it almazdan öncə düşünmək lazımdır. Onu özünüzə dost yoxsa oyuncaq deyə alırsınız.

Zoomağaza sahibi Hüseyn Zahidov bildiri ki, əvvəllər satmaq üçün köpəkləri əsasən Gürcüstandan gətiriblər. İndi Gürcüstanda satlıq itlər azalıb , odur ki, sifariş əsasında Ukrayna, Moskva, Belarusdan daha çox alnağa başlayıblar. İtlərin sənədləri qaydasında olursa gətirilmsində problem yaranmır. İtlərin qiyməti cinsindən asılı olaraq 300-2000 manat arası dəyişir. Daha çox 500 manatlıq itlər sifariş edilir.

Mağazaya qucağında Şpits cinsli it olan bir rus xanım daxil olur. Tatyana Konstantinovna Malaxina it yeməyi alarkən həm onun pozitiv gülərüzlü köpəyi Şokerlə oynamaq imkanımız oldu, həm də itinə necə qulluq göstərməsi barədə soruşmuş oluruq.” Şokeri Ukraynadan gətirtmişəm, 3 yaşı var. O zaman 2 aylıq idi, yumruq boyda. 2 min manata almışdım. O bizim evimizin nəşəsidir. Şokersiz çox darıxarıq. Hər ay bərbərə aparıram. Aylıq baxımı 50-80 manat arasında dəyişir. Dişlərini, qulaqlarını, gözlərini təmizlədirəm, tüklərini səliqəyə salırlar, dırnaqlarını kəsirlər. Quyruğunu, saçlarını boyatmaq isə 20-25 manata başa gəlir. Evdə nə yeyiriksə o da yeyir. Amma əlavə yeemək alıram. Bir torba yemək 20-30 manat edir və Şokerə 2 ay bəs olur. Hər dediyimi anlayır. Tualetini özü edir, öyrənib.Tək problemimiz cütləşməsi ilə bağlıdır. Şnitslər ancaq öz cinclərindən olan köpklərə yaxınlaşmaq istəyirlər. Artıq 3 yaşı var və biz ona yoldaş axtarırıq”.

Hüseyn Zahidov isə bildiri ki, qanqal, alman qurdu, çoban köpəkləri itaəti çox sevdikləri üçün komandaları daha yaxşı əzbərləyir və tualet təlimləri da çox rahat yaranır. Pudel, pekines, yorker cinsli itləri öyrətmək daha çətin olur.

Söhbətə Tatyana Konstantinovna davam edir. “Mən yaşlanmışam. Xəstəliklərim artıb. Özümə nəzarətdə mənə Şoker kömək edir. İtlərin qoxu alma duyğuları olduqca yaxşı inkişaf edib. Buna görə əgər bədəninizin hansısa qismində şiş əmələ gəlibsə, it bunu daha tez və yaxşı duyacaq. Şişi təsbit edən it tez-tez sizi qoxulayar və hətta həmin hissəni dişləyə də bilər. Sahiblərinin qan şəkərinin düşdüyünü hiss edən itlər fərqli davranışlar göstərir. Əgər xəstəliyinizin fərqindəsinizsə, itin nə üçün belə etdiyini anlaya bilərsiniz.Uşaqlıq yaşından it sahibi olan insanlarda çox az allergik hallar yaşanır. İt sahibi olanlar çox az hallarda piylənmə problemi yaşayar. Bunun səbəbi isə tez-tez gəzmək istəyən itin özü ilə birlikdə sahibini də gəzməyə, qaçmağa vadar etməsidir. Buna görə də mən Şokerə minnətdaram”.

İtlərin qidalanması barədə isə zoomağaza sahibi bunları deyir. “Ev heyvanlarına sahibləri evdə bişirilən qidalardan vermək olmaz. Yağlı, duzlu qidalar xüsusilə də yaşlı heyvanlar üçün təhlükəlidir. Heyvanlar üçün satılan hazır qidaların tərkibindəki mineral və vitaminlər onların gündəlik tələbatını tam ödəyir. Hazır qidalar xeyirli olmağı ilə yanaşı həm də doyumludur. Əgər adi ev yeməklərini yeyən it və pişik tez-tez acıyırsa, keyfiyyətli hazır qidalarla qidalananlar gündə iki dəfə aclıq hiss edir. Ev heyvanları üçün yaşına uyğun yem qabları və heyvana düzgün qida vermək qaydası olur ki, ona uyğun hərəkət etmək lazımdır. Xüsusilə heyvan quru yemlərlə qidalanırsa, su onun qida rasionunda vacib yer tutmalıdır. Ona görə də su qabını həmişə dolu saxlamaq lazımdır. Xüsusilə də çiy xəmirdən, mayadan ev heyvanlarını uzaq tutmaq lazımdır. Çiy xəmir qaz yaradır. Maya isə zəhərlənməyə səbəb olur. Bu baxımdan maya bütün heyvanlar üçün təhlükəlidir”.

İlhamə

Bizimyol.info

Paylaş »
››› Beynəlxalq reytinq agentliyindən manatla bağlı proqnoz
››› İtaliyada virusdan rekord sayda insan öldü
››› Neftin qiyməti yenə düşdü
››› Vahid Əhmədov: “Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır”
››› DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto
Son xəbərlər
Bütün xəbərlər »